“Grand-Mart” bütün sənədləşmə işlərini “SİMA İmza” ilə rəqəmsallaşdırıb
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini genişləndirməyə davam edir. “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdıran növbəti qurum “Grand-Mart” MMC olub.
“SİMA İmza” müəssisədə daxili sənədlərin imzalanması portalına inteqrasiya edilib. İnteqrasiya sayəsində müəssisəyə daxil olan şirkətlərdə bütün sənədləşmə işləri elektronlaşdırılıb. Bundan başqa, yeni işçilərin işə qəbulu zamanı əmək müqavilələrininin imzalanması, mövcud işçilərin isə əmək fəaliyyəti ilə bağlı digər işlərinin rəsmiləşdirilməsi proseslərində sənədlərin “SİMA İmza” ilə imzalanmasına başlanılıb.
Qeyd edək ki, “Grand-Mart” MMC şirkəti “Grandmart”, “Megastore”, “Bizim market”, “Novas Home”, “Bolmart” kimi böyük marketlər şəbəkələrini idarə edir.
SİMA yeni nəsil rəqəmsal imza həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Hər iki seqment üzrə maliyyə xərcləri azalır və vaxt itkisinin qarşısı alınır. SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir. SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
5 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















