Microsoft-da süni intellekt üzrə proqram mühəndisinin nə qədər maaş aldığı məlum olub
Microsoft işçilərinə aid olduğu bildirilən sızdırılmış maaş cədvəlinə görə, şirkətin AI (Artificial intelligence) bölməsində çalışanlar Azure və Cloud-dakı həmkarları ilə müqayisədə daha yüksək maaş alırlar. Belə ki, Microsoft-un AI departamentində proqram təminatı mühəndisi orta hesabla 377,611 dollar qazanır. Bu, Microsoft-un Azure və Bulud bölməsindəki bir işçinin orta maaşından ən azı 120 min dollar çoxdur.Microsoft tamamilə süni intellekt çılğınlığına qapılıb və daim yeni imkanlar və məhsullar təklif etmək üçün texnologiya üzərində işləyir.
Şirkət hesab edir ki, öz potensialını tam reallaşdırmaq üçün süni intellekt təşəbbüsləri üzərində işləyən işçi qüvvəsinə əhəmiyyətli investisiyalar lazımdır. Şirkətin əməkhaqqı məbləğləri illər ərzində mətbuata sızdırılıb. Məbləğlər daha yüksək və aşağı səviyyəli işçilərin nə qədər maaş ala biləcəyinə dair ipuçları verir. Son sızdırılmış məlumatlar süni intellekt şöbəsinin əməkhaqqı diapazonunu üzə çıxarıb və bu şöbənin işçilərinin maddi cəhətdən çox az şikayətləndiyi məlum olub.
Əvvəllər sızdırılmış məlumatlar, şirkətdə ən aşağı vəzifə üzrə əməkhaqqının orta hesabla 42 min 500 dollar təşkil etdiyini, yüksək vəzifələrdə çalışanlarin isə 231 min 700 dollar - 361 min 500 dollar aralığında maaş alldığını göstərmişdi.
Marja xəbər verir ki, indi "Business Insider" tərəfindən əldə edilən yeni maaş cədvəlinə görə, şirkət AI (süni intellekt) departamentində işçilərini məmnun etməkdə qərarlıdır və xüsusilə rəqibləri ilə müqayisədə onlara daha yaxşı maaş verir.
Cədvələ əsasən, AI departamentində proqram təminatı mühəndisinin orta maaşı 377 min 611 dollar təşkil edir ki, bu da Azure və Bulud departamentinin orta əməkhaqqı məbləğindən təxminən 120 min dollar çoxdur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
15 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























