Beynəlxalq agentliyin rəhbəri Kursk AES-ə baxış keçirib, nüvə təhlükəsi olduğunu bildirib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi Kursk AES-ə baxış keçirib.
O, Kursk AES-ə səfərinin hərbi əməliyyatların yaxınlığı və nüvə insidentinin təhlükəsi ilə bağlı olduğunu söyləyib.
Qrossinin sözlərinə görə, Kursk atom elektrik stansiyası normal rejimə çox yaxın işləyir.
Qrossi onu da qeyd edib ki, o, Kursk atom elektrik stansiyasında dron zərbələrinin izlərini görüb: "Əgər Kursk AES-ə xarici təsir olarsa, bunun nəticələri son dərəcə ciddi ola bilər".
AEBA rəhbəri Kursk AES-ə baxış keçirdikdən sonra stansiyanın yerləşdiyi Kurçatov şəhərinin sosial obyektləri ilə tanış olmağa başlayıb.
Qrossi, Kursk vilayətində nüvə insidentinin baş verməsi təhlükəsinin olduğunu bildirərək, bunun qarşısını necə alacağını rusiyalı həmkarları ilə birlikdə təhlil edəcəyini qeyd edib.
Onun dediyinə görə, Kursk AES yaxınlığında hərbi fəaliyyətlə bağlı hallar stansiyanın təhlükəsizliyi üçün narahatlıq yaradır.
Qrossi bildirib ki, Kursk vilayətindəki mümkün vəziyyəti Çernobılla müqayisə etmək hələ tezdir.
O, Zelenski ilə görüşmək üçün gələn həftə Kiyevdə olacağını da əlavə edib.
Gələn həftə Kiyevə gedəcək
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi gələn həftə Kiyevə gedəcək. O qeyd edib ki, Kiyevə səfəri zamanı Vladimir Zelenski ilə görüşəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
5 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
5 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
5 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 5 saat əvvəl
-
5 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
6 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 6 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
