Bakıda teraslı mənzillər - QİYMƏTLƏR
Bakıda standard dizaynda inşa edilən binalar çoxdur. Lakin Bakının Bakıxanov qəsəbəsində yeni tikintisinə başlanmış 23 mərtəbəli yaşayış kompleksi fərqlidir. Belə ki, bina zövqlü dizaynı ilə diqqəti çəkir, 12-ci mərtəbədən başlayaraq hər bir mənzilin terası var.
“Marja” xəbər verir ki, “Park Group” şirkəti “Teras Park” yaşayış kompleksinin tikintisinə və mənzillərin satışına başlayıb.
Kompleks Bakıxanov qəsəbəsinin mərkəzində, Sakit Qocayev 35 ünvanında (“Aygün Mall” tcarət mərkəzinin yaxınlığında) tikilir. Neftçilər metro stansiyasından kompleksə ictimai nəqliyyat ilə 10-15 dəqiqəyə, şəxsi nəqliyyat vasitəsilə isə 5 dəqiqəyə gəlmək mümkündür.
Şirkətdən bildirilib ki, bina 30 ay müddətinə təhvil veriləcək.
Şirkət bu günlərdə mənzillərin satışına da başlayıb. Alıcılara 1 otaqlıdan 6 otaqlıyadək mənzillər təklif olunur.
Qiymətlər 850 manatdan başlayır. Lakin bu qiymət aşağı mərtəbələrə aiddir. Yuxarı qalxdıqca qiymətlər də qalxır. Belə ki, 1 kvadrat metrin qiyməti 2-4-cü mərtəbələrdə 850 manat, 5-8-ci mərtəbələrdə 930 manat, 9-23-cü mərtəbələr də 1020 manat təşkil edir. Bu qiymətlər nəğd ödənişə aiddir. Əgər mənzil kreditlə əldə edilərsə nağd qiymətlərin üzərinə 100 manat əlavə olunur. Kredit şərtlərinə görə, ilkin ödəniş minimum 40%, maksimal kredit müddəti 30 aydır.
Məsələn, “Teras Park”da 49 kv.m 1 otaqlı təmirsiz mənzil nağd 45 570 manata, kreditlə 50 470 manata təklif olunur. Kreditlə alış zamanı ilkin ödəniş 20 188 manat, aylıq ödəniş 1 009 manat təşkil edəcəkdir.
160 kv.m 4 otaqlı təmirsiz mənzil nağd 163 200 manata, kreditlə 179 200 manata, 126 kv.m. 3 otaqlı təmirsiz mənzil nəğd 117 180 manata, kreditlə 129 780 manata, 75 kv.m. 2 otaqlı təmirsiz mənzil nəğd 69 750 manata, kreditlə 77 250 manata təklif olunur.
Qeyd edək ki, 850 -1020 manat civarında olan qiymətlər Bakının digər əraziləri ilə müqayisədə münasibdir.
Yaxın günlərdə ipoteka şərtləri ilə də mənzil almaq mümkün olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 22 d. əvvəl
-
32 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
-
- 37 d. əvvəl
- 51 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
Ən çox oxunanlar
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb



















.jpg)







