Azərbaycanın ali məktəbinin 5 məzunu top onluqda
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 23 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb.
SOCAR-ın Bakı Ali Neft Məktəbinin yaydığı məlumatda bildirirlir ki, onlardan 5-i ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq:
1. Aydın Tahirzadə - (2024-cü il məzunu) İsveçrə Federal Texnologiya İnstitutunun (ETH Sürix) Tətbiqi geofizika ixtisasında magistratura təhsili alacaq. “ETH Sürix” dünya reytinqində ilk 7-ci yerdə qərarlaşıb. Aydın 2019-cu ildə 653.5 balla BANM-ın Neft-qaz mühəndisliyi ixtisasına daxil olub.
Tələbəlik illərində BANM-ın İntellektual Oyunlar Klubunun sədrlik edib.
2. Elza Qurbanova - (2024-cü il məzunu) Britaniyanın London Universitet Kollecinin (UCL) İnformasiya təhlükəsizliyi ixtisasında magistratura təhsili alacaq. “UCL” dünya reytinqində ilk 9-cu yerdə qərarlaşıb. Elza 2019-cu ildə 688.6 balla BANM-ın İnformasiya təhlükəsizliyi ixtisasına daxil olub. Prezident təqaüdçüsü idi. Tələbəlik illərində “Kiber klub”un sədri olub. Bununla yanaşı, London İmperial Kolleci, “King's College London”, Şeffild Universiteti və Birminhem Universitetlərinə də qəbul alıb.
3. Aytac Əsgərova - (2024-cü il məzunu) Britaniyanın London Universitet Kollecinin (UCL) Kimyəvi proses mühəndisliyi ixtisasında magistratura təhsili alacaq. Aytac 2019-cu ildə 656.3 balla BANM-in Kimya mühəndisliyi ixtisasına daxil olub. Tələbəlik illərində IELTS imtahanından 8.5 , magistraturaya qəbul imtahanından isə 96 bal toplayaraq hər iki cəhd üzrə respublika birincisi olub.
4. Əli Məmmədov - (2024-cü il məzunu) Britaniyanın London Universitet Kollecinin (UCL) Kimyəvi proses mühəndisliyi ixtisasında magistratura təhsili alacaq. 2019-cu ildə 655 balla BANM-in Kimya mühəndisliyi ixtisasına daxil olub. Tələbəlik illərində SOCAR-ın bir sıra müəssisə və zavodlarında istehsalat təcrübəsi keçib.
5. Şəkər Qədirli - (2023-cü il məzunu) Britaniyanın London Universitet Kollecinin (UCL) İnformasiya təhlükəsizliyi ixtisasında magistratura təhsili alacaq. 2018-ci ildə 700 balla BANM-ın İnformasiya təhlükəsizliyi ixtisasına daxil olub. Prezident təqaüdçüsü idi. Tələbəlik illərində IELTS imtahanından 8.0 toplayıb.“KiberLüğət” layihəsinin müəllifidir. Bundan başqa, “King's College London”, “Lancaster University”, “University of Birmingham” və “Czech technical university in Prague” universitetlərinə də qəbul alıb.
Hazırda “Iktex” MMC-də Kibertəhlükəsizlik üzrə analitik kimi çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















