Kapital Bank-ın baş sponsorluğu ilə “iFest-İnnovasiya və Texnologiya” festivalı baş tutub
(®) Ölkənin birinci bankı Kapital Bank-ın baş sponsorluğu, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı, “Azercosmos”, “4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “İnnovasiyalar Mərkəzi”nin rəsmi tərəfdaşlığı ilə ölkəmizdə ilk “iFest- İnnovasiya və Texnologiya” festivalı keçirilib.
Layihənin əsas məqsədi texnologiya şirkətləri ilə gənclər arasında yeni əlaqələrin qurulması, startapların inkişafına dəstək olmaq, onların maliyyə imkanlarına çıxışını təmin etmək və ideaların nümayişini həyata keçirməkdir. Qeyd edək ki, festival ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına(COP29)-a həsr olunub və “Yaşıl texnologiya – yaşıl dünya naminə” şüarı altında baş tutub. Tədbir çərçivəsində müxtəlif maraqlı fəaliyyətlər, startapların təqdimatı, investor görüşləri, texnologiya şirkətlərinin sərgisi, eləcə də əyləncəli şou proqramlar keçirilib.
Silsilə xarakter daşıyan festivalda “Gələcəyin İnnovasiyası: Texnologiyaya istiqamət verən Trendlər və Strategiyalar” və “COP29 və İnnovasiya: Dayanıqlı Gələcək üçün İnnovativ Həllər” mövzularında iki panel müzakirələri aparılıb. Kapital Bank-ın kiçik və orta sahibkarlarla iş departamentinin satış şöbəsinin müdiri Rəşad Babayev ilk panelin çıxışçıları arasında müzakirələrdə iştirak edib.
Qeyd edək ki, “iFest-İnnovasiya və Texnologiya” festivalı silsilə xarakter daşıyır və növbəti illərdə də keçirilməsi planlaşdırılır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
-
1 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
-
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ























