Gömrük Komitəsi “Union Logistics” şirkətinin şikayətləri ilə bağlı məlumat yaydı
Həmin nəqliyyat vasitələrində gömrük bəyannaməsi təqdim edilməmiş yüklər də mövcuddur. Nəqliyyat vasitəsinin ölkə ərazisinə zədəli şəkildə daxil olduğu müəyyən edilmişdir.Bu gün bəzi media orqanlarında “Union Logistics” MMC-yə məxsus yük nəqliyyat vasitələrinin Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu" gömrük postunda xeyli müddət saxlanılması ilə bağlı məlumatlar yayımlanıb.
Məlumatlar ilə bağlı Dövlət Gömrük Komitəsi açıqlama yayıb.
Marja xəbə verir ki, açıqlamada bildirilir:
Dövlət Gömrük Komitəsi həmin daşınma şirkətinin şikayətləri ilə bağlı ilkin araşdırma nəticəsində aşağıdakıları qeyd edir:
"Union Logistics" MMC tərəfindən Çin Xalq Respublikasından Qırğız Respublikasına məxsus 4 nəqliyyat vasitəsilə Çin mənşəli müxtəlif təyinatlı qarışıq yüklər iyun ayının sonundan etibarən ölkə ərazinə daxil olmuşdur.

Qeyd edirik ki, İpək yolu gömrük postuna daxil olan nəqliyyat vasitələrində olan yüklərin gömrük rəsmiləşdirilməsinin aparılması üçün 2-9 gün aralığında bəzi sahibkarlar tərəfindən gömrük bəyannamələri təqdim edilmişdir.
Eyni zamanda, bugünə qədər həmin nəqliyyat vasitələrində gömrük bəyannaməsi təqdim edilməmiş yüklər də mövcuddur.
Bildirmək istərdik ki, malların eyniləşdirilməsi üçün gömrük baxışı gömrük bəyannaməsi əsasında həyata keçirilir.
Rəsmiləşdirilməsi sona çatdırılmış gömrük bəyannamələri üzrə gömrük nəzarətinin təyin olunduğu barədə elektron bildirişlərin sahibkarlara göndərilməsinə baxmayaraq, sahibkarlar tərəfindən malların təhvil alınmasına dair elektron növbə üçün müraciət olunmamışdır. Əlavə olaraq 2024-cü il 12 iyul tarixdə həmin sahibkarlara gömrük orqanları tərəfindən malların təhvil alınması üçün yazılı formada məktub ünvanlanmışdır.
Ünvanlanmış məktublardan irəli gələn görüşlər zamanı məlum olmuşdur ki, “Union Logistics” MMC tərəfindən sahibkarlara malların təhvil alınması üçün yaxınlaşmamaları, 15 iyul 2024-cü il tarixdə kütləvi şəkildə Bakı Baş Gömrük İdarəsinin qarşısında toplanmaları tövsiyə olunmuşdur.
Bildiririk ki, yük nəqliyyat vasitəsinə “İpək Yolu” gömrük postunda fəaliyyət göstərən gömrük əməkdaşları tərəfindən zərər vurulması ilə bağlı Qırğız Respublikasının gömrük xidməti tərəfindən şəkil və videogörüntülər göndərilmişdir.
Aparılan araşdırma nəticəsində həmin nəqliyyat vasitəsinin ölkə ərazisinə zədəli şəkildə daxil olduğu müəyyən edilmişdir.
Qeyd olunan zədə ilə bağlı Qırğız Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin şifahi müraciəti əsasında aidiyyəti üzrə məlumat verilmişdir.
Həmçinin bir müddət əvvəl Bakı Baş Gömrük İdarəsi tərəfindən “Union Locistics” şirkətinə bəyannamələrin gömrük orqanlarına təqdim edilməsinin sürətləndirilməsi barədə məlumat verilmişdir.
Məsələnin tam şəkildə araşdırıldıqdan sonra bu halı yaradan səbəblər haqqında əlavə məlumat veriləcək.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 d. əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
-
30 d. əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 51 d. əvvəl
-
56 d. əvvəl
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazir “ExxonMobil”ın meneceri ilə əməkdaşlığın inkişafını müzakirə edib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
-
16 saat əvvəl
Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Ən çox oxunanlar
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb


























