“Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 2 dəfə artıb
“Ziraat Bank Azərbaycan” ASC 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 8 milyon 129 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 4 milyon 129 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Ziraat Bank Azərbaycan” nın xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 milyon manat və ya 2 dəfə artıb. Xalis mənfəətin artması həm gəlirlərin artmasından, həm də aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata ayrılan vəsaitin azalmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində "Ziraat Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 6 milyon 217 min manat və ya 23,9% artaraq 32 milyon 190 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 3 milyon 505 min manat və ya 22,2 % artaraq 19 milyon 278 min manat təşkil edib. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti 2 milyon 712 min manat artaraq 12 milyon 912 min manata yüksəlib (2023-cü ilin ilk 6 ayında 10 milyon 200 min manat).
"Ziraat Bank Azərbaycan" 2024-cü ilin yanvar-iyun dövründə əməliyyat mənfəətindən 4 milyon 782 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrıb (2023-cü ilin eyni dövründə 6 milyon 71 min manat ayırmışdı).
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
2024-cü ilin yanvar-iyun dövründə "Ziraat Bank Azərbaycan"ın cəmi aktivləri 136 milyon 295 min manat və ya 21,4 % artaraq 772 milyon 979 min manata çatıb. O cümlədən, Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 34 milyon 55 min manat və ya 8,7 % artaraq 424 milyon 997 min manata yüksəlib.
BANKDA ƏHALİNİN PULU ARTIB
2024-cü ilin ilk 6 ayı ərzində "Ziraat Bank Azərbaycan"da cəmi depozitlər 121 milyon 13 min manat və ya 29,4 % artaraq 532 milyon 435 min manata, o cümlədən fiziki şəxslərin müddətli depozitləri 71 milyon 114 min manat artaraq 216 milyon 969 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2024-cü il tarixində "Ziraat Bank Azərbaycan" ASC 121 milyon 89 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 111 milyon 601 min manat məcmu kapitala malik idi.
"Ziraat Bank Azərbaycan" ASC-nin səhmdarları “T.C.Ziraat Bankası” ASC (99.98%), “Ziraat Teknoloji” ASC (0.01%) və “Ziraat Yatırım Menkul Değerler” ASC-dir (0.01%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA






.jpg)










.jpg)


