181 min nəfər xarici turist Azərbaycanda bütün xidmətlərdən narazı qalıb
"2023-cü ildə Azərbaycana səfər etmiş xarici vətəndaşlardan bütün xidmətləri qənaətbəxş hesab edənlər 1,2 milyon nəfər, narazı qalanlar isə 181 min nəfər təşkil etmişdir. Əcnəbi turistlərin 87%-i Azərbaycanda onlara göstərilən bütün xidmətlərdən razı, 13%-i narazı qalmışdır".
Marja.az xəbər verir ki, bu, ABB-nin "Rəqəmlərlə turizm: Azərbaycan turizm sektorunun statistik mənzərəsi” adlı hesabatında bildirilir.
Qeyd edilib ki, ən çox narazılıq doğuran xidmətlər, avtobusla sərnişin daşıma və ictimai iaşə xidmətləri olmuşdur.
2022-ci illə müqayisədə 2023-cü ildə ən çox narazılığı artan xidmət avtobusla sərnişin daşıma (4.8% artım), qənaətbəxşliyi artan sektor isə ictimai iaşə xidmətləri (2.3% artım) olmuşdur.
2023-cü ildə istirahət və əyləncə məqsədilə Azərbaycana gələn bir turist orta hesabla 1952 manat xərcləmişdir.
Azərbaycana səfər etmiş xarici vətəndaşların xərclərinin səfər məqsədlərində ən çox payı hər iki ildə də istirahət və əyləncə məqsədilə çəkilən xərclər tutur. Ötən il ilə müqayisədə ən çox xərc artımı da 1.2 mlrd. manatla istirahət və əyləncə məqsədlərində qeydə alınmışdır. Ölkəyə səfər edən xarici ölkə turistlərinin 2022-ci illə müqayisədə ən çox xərcinin artdığı səfər məqsədi isə 644 manatla müalicə məqsədi olmuşdur.
Qeyd edilib ki 2023-cü ildə Azərbaycana səfər edən əcnəbi və vətandaşlığı olmayan şəxslərin sayı 2022-ci ilə nəzərən 345 min nəfər artaraq 1 milyon 403 min nəfər təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)


.jpg)
