"Araz" supermarketlər şəbəkəsi əmək bazarına uyğun kadr hazırlanmasında fəal iştirak edir
(®) Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi ötən il 1094 yeni iş yeri açıb.
Şirkətin İnsan resursları və biznesə dəstək direktoru Pərviz Qasımovun sözlərinə görə, hazırda 11 mindən çox şəxsin fəaliyyət göstərdiyi “Araz” əməkdaşlarının uğuru karyera yolu keçməsi, peşəkar inkişafı, bilik və bacarıqlarının artırılması üçün müxtəlif layihələr həyata keçirir.
1140-dan çox əməkdaşa 46 mövzuda təlim
Pərviz Qasımovun sözlərinə görə, ötən il “Araz” əməkdaşlarına 46 mövzuda təlim təşkil edilib. Təlimlərdə 1140-dan çox əməkdaş iştirak edib: “Əməkdaşlar üçün müxtəlif mövzularda təlimlər təşkil olunur. Bu siyahıda “Məhsulların xarakteristikası”, “Excel bilikləri”, “Data analitika”, “Maliyyə analizi”, “Keyfiyyətin idarə edilməsi”, “SƏTƏM” kimi təlimləri misal göstərmək olar. Əməkdaşların peşəkar inkişafı üçün xarici ölkələrdən təlimçilər cəlb edilir.”
Əməkdaşlar üçün fərdi inkişaf planları – “Marketdən ofisə”
Pərviz Qasımov qeyd edib ki, “Araz”da prespektivli əməkdaşların karyera inkişafı məqsədilə fərdi inkişaf planları da hazırlanır. Verilən tapşırıqları uğurla yerinə yetirən əməkdaşlar müxtəlif vəzifələrə təyin edilir:
“Əməkdaşlarımızın karyera inkişafına imkan verən layihələrimizdən biri də “Marketdən ofisə layihəsi”dir. Uzun müddət mağazalarda işləyən ali təhsilli gənclər seçilir və onlar üçün fərdi inkişaf planı hazırlanır. Ofisdə uyğun vakansiya yarandıqda həmin namizədlər arasından seçim edilir. Logistika Mərkəzimizdə isə “Fəhlədə inkişaf layihəsi” həyata keçirilir. Bu layihə çərçivəsində Logistika Mərkəzində çalışan ali təhsilli fəhlələrimizə 3, 6 aylıq və bir illik təlimlər keçirilir. Proqramı uğurla başa vuran əməkdaşlarımız yaranan vakansiyalar, daha yüksək vəzifələrdə dəyərləndirilir”.
“Araz” supermarketlər şəbəkəsi kadr hazırlığı istiqamətində müxtəlif ali təhsil müəssisələri ilə də sıx əməkdaşlıq edir: “ADA Universiteti, Biz Bakı Biznes Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti ilə müxtəlif layihələr həyata keçiririk. Bu layihələrə əsasən tələbələr şirkətimizdə təcrübə proqramına cəlb edilir və uğurlu namizədlər işlə təmin olunur. Eyni zamanda şirkətin rəhbər şəxsləri həmin ali məktəblərdə mühazirə və təlimlər keçirlər. Məqsədimiz xüsusi istedadlı gəncləri tapmaq və şirkətimizin strateji məqsədlərini həyata keçirmək üçün onları komandamıza cəlb etməkdir”.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























