Azərbaycan istehsalı “Olivea” zeytun yağı Londonda nüfuzlu müsabiqədə gümüş medala layiq görülüb
(®) “Grand Agro” şirkətinin yüksək texnologiyaların tətbiqi ilə istehsal etdiyi “Olivea Extra Virgin Olive oil” məhsulu nüfuzlu London Beynəlxalq Keyfiyyətli Zeytun Yağı Müsabiqəsində gümüş medal qazanıb.
Bu mühüm nailiyyət Azərbaycan məhsullarının yüksək keyfiyyətindən və dünya bazarında beynəlxalq səviyyədə tanınmasından xəbər verir. Belə bir mötəbər beynəlxalq müsabiqədə qazanılan gümüş medal “Olivea Extra Virgin Olive oil” məhsulunun ən yüksək keyfiyyət standartlarına cavab verdiyini təsdiq edir. Bu uğur “Grand Agro” şirkətinin nüfuzunu yüksəltməklə yanaşı, həm də Azərbaycanın keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalçısı kimi potensialını bir daha əyani şəkildə nümayiş etdirir.
“Biz bu nailiyyətlə qürur duyur və qarşıda bizi daha çox qələbələrin gözlədiyinə əminliyimizi ifadə edirik”, - “Grand Agro” şirkətindən bildirilib.
Qeyd edək ki, London Beynəlxalq Keyfiyyətli Zeytun Yağı Müsabiqəsi zeytun yağının istehsalı, emalı və pərakəndə satışı üzrə ixtisaslaşmış şirkətləri məhsulun keyfiyyətinin təmin edilməsinin və yaxşılaşdırılmasının zəruriliyi barədə məlumatlandırmaq məqsədilə təşkil edilir. Müsabiqə zeytun yağı istehsalında təcrübə mübadiləsi və qabaqcıl təcrübələrin təşviqi üçün platforma rolunu oynayır. Xatırladaq ki, “Olivea Extra Virgin Olive oil” məhsulu 2021-ci ildə sözügedən müsabiqədə bürünc medala layiq görülüb.
Builki tədbir məhsulun gümüş medal qazanması ilə yanaşı, həm də Azərbaycanın Beynəlxalq Zeytun Şurasına (IOC) 21-ci üzv kimi qəbul edilməsi ilə əlamətdar olub. Zeytun yağı və süfrəlik zeytun istehsal və istehlak edən tərəfləri bir araya gətirən və dünyada yeganə hökumətlərarası təşkilat olan Beynəlxalq Zeytun Şurası BMT-nin himayəsi altında fəaliyyət göstərir. IOC-a üzvlük Azərbaycan istehsalçıları üçün yeni imkanlar açır və sənayenin gələcək inkişafına töhfə verir.
Azərbaycanda istehsal olunan və artıq Rusiya, İspaniya, Türkiyə, İsrail, BƏƏ və Gürcüstan kimi ölkələrə ixrac olunan “Olivea Extra Virgin Olive oil” məhsulu 2022-ci ildə öz sahəsində ixrac lideri olub. Beynəlxalq arenada əldə olunan bu nailiyyət Azərbaycan məhsullarına yüksək etimaddan və bu məhsulların dünya bazarında rəqabət qabiliyyətindən xəbər verir. Azərbaycanda “Olivea Extra Virgin Olive oil” məhsulunu əsas pərakəndə satış şəbəkələrində əldə etmək mümkündür.
Qeyd edək ki, “Grand Agro” şirkəti 3000 hektardan artıq bağ sahəsində zeytun yetişdirir. Şirkət Azərbaycanda uzun müddətdə baxımsız vəziyyətdə qalmış zeytun bağlarını bərpa etməyə nail olub.
“Grand Agro” şirkəti və onun məhsulları haqqında sizi maraqlandıran bütün məlumatları şirkətin Instagram səhifəsindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 15 saat əvvəl
-
15 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
16 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
















