Nazirlik istehsalçı şirkətləri "Sıfır Tullantı” Bakı Bəyannaməsinə qoşulmağa çağırıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə 2024-cü ilin 27-28 iyun tarixlərində Bakıda “Yaşıl Dünya Naminə Həmrəylik: Dayanıqlı Gələcək Üçün Tullantıdan Dəyərə” Beynəlxalq Forumunun keçirilməsi planlaşdırılır. Forum tullantıların azaldılması və ekoloji problemlərin həlli istiqamətində yeni strategiyaların formalaşdırılması və davamlı inkişafın təmin edilməsi məqsədi ilə təşkil olunur.
Bakıda keçiriləcək Beynəlxalq Forumun yekun nəticələrindən biri kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Coca-Cola və Carlsber Azərbaycan şirkətlərinin dəstəyi və Azərbaycanın digər aparıcı şirkətlərinin iştirakı ilə "Sıfır Tullantı” Bakı Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur. Bakı Bəyannaməsinin qəbul edilməsində məqsəd şirkətlərin istehsal prosesində ekoloji durumun yaxşılaşdırılması üzrə könüllü öhdəliklərinin vacibliyini diqqətə çatdırmaq, müvafiq pilot layihələr həyata keçirməklə tullantıların minimuma endirildiyi, resursların maksimum dərəcədə istifadə edildiyi və təbii mühitin gələcək nəsillər üçün qorunub saxlanıldığı dairəvi iqtisadiyyata töhfə verməkdir.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində Forumdan əvvəl Bəyannamə barədə fikir mübadiləsi aparmaq üçün görüş təşkil edilib. Nazirlik daha genişmiqyaslı nəticələr əldə etməkdən ötrü istehsalçı şirkətləri "Sıfır Tullantı” Bakı Bəyannaməsinə qoşulmağa çağırıb.
Görüşdə “Fors” MMC, “AzEkol” QSC, “Coca-Cola Bottlers Azerbaijan” MMC, “Carlsberg Azerbaijan” MMC, “Babək Sirab” ASC, Badamlı, “Norm” ASC, “Holcim (Azərbaycan)” ASC, “Veysəloğlu Qrup” MMC “Gədəbəy Mineral Sular” MMC, “Smart Veys” MMC, “Yağmur” MMC, Balaxanı Sənaye Parkının rezidentləri, EcoHub İctimai Birliyi, digər şirkət və qurumların nümayəndələri iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)
