Rusiya Mərkəzi Bankı məlumat yaydı: Rublun məzənnəsi bazar əsaslı olacaq
Rusiya Bankı rublun rəsmi məzənnəsini birjadankənar bazarda hesablayacaq, məzənnə vahid və bazarda qalacaq.Rusiya Mərkəzi Bankı rublun rəsmi məzənnəsini birjadankənar bazara əsasən müəyyən edəcək. Əvvəlki kimi məzənnə bazarda formalaşacaq (bazar əsaslı olacaq). Marja.az xəbər verir ki, bu, Rusiya Mərkəzi Bankının yaydığı məlumatda bildirilir.
"Rusiya Bankı rublun rəsmi məzənnəsini birjadankənar bazara əsasən müəyyən edəcək. Valyuta məzənnəsi bazarda formalaşacaq, yalnız onun hesablanması üçün məlumat diapazonu dəyişəcək. Qeyd edək ki, həm beynəlxalq valyuta bazarı və dünyanın əksər ölkələrinin daxili valyuta bazarları birjadankənar kimi tanınır”, Bankın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Mərkəzi Bank onu da vurğulayıb ki, milli valyutanın konvertasiyası, xarici valyutanın sərbəst dövriyyəsi və bazar məzənnəsinin formalaşması üçün valyuta birja ticarəti zəruri şərt deyil.
Moskva Birjasına qarşı sanksiyalardan sonra Rusiya Mərkəzi Bankınının mətbuat xidmətinin yaydığı açıqlamadan:
- Rublun məzənnəsi əvvəlki kimi bazar əsaslı olacaq;
- Rublun əsas valyutalara məzənnəsi xarici ticarət fəaliyyətindən valyutaya tələb və təklif balansı ilə müəyyən edilir və ticarət platformasından asılı deyildir.
- Milli valyutanın konvertasiyası və xarici valyutaların sərbəst dövriyyəsi üçün valyutaların birja ticarəti zəruri deyil;
- May ayında Moskva birjasının ticarətində yuanın payı 54% təşkil edib, indi birja ticarətində əsas valyutadır;
- Honq-Konq dolları ilə ticarətin dayandırılması qərarı riskləri azaltmaq üçün qəbul edilib
Xəbər verdiyimiz kimi, ABŞ-ın Moskva Birja Qrupuna qarşı məhdudlaşdırıcı tədbirlər (sanksiya) tətbiq edib. Bununla əlaqədar olaraq, 13 iyun 2024-cü il tarixindən etibarən Moskva Birjasının valyuta bazarında ABŞ dolları, avro valyuta cütlükləri, Honq-Konq dolları ilə ticarət dayandırılıb. Digər alətlər üzrə ticarət davam edəcəkdir.
Səhm, qiymətli metallar və törəmə maliyyə alətləri bazarlarında ABŞ dolları və avro ilə hesablaşmaları olan alətlər istisna olmaqla, bütün alətlər üzrə ticarət həyata keçirilir.
Birjadankənar bazarda ABŞ dolları və avro ilə əməliyyatlar davam etdiriləcək.
ABŞ dolları və avronun rubla rəsmi məzənnələrini müəyyən etmək üçün Rusiya Mərkəzi Rusiya Bankının 6290-U saylı Direktivinə uyğun olaraq bank hesabatlarından və birjadankənar ticarətin rəqəmsal platformalarından alınan məlumatlardan istifadə edəcək.
Müştərilərin xəbərləri
Sumqayıt layihələrində ipoteka və daxili kredit imkanı ilə satış davam edir - aylıq 423 manatdan başlayan qiymətlər
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 saat sonra
Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı!
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Xəmsə” birlik yarışında Kapital Bank iki layihə ilə qalib oldu
-
1 gün əvvəl
4-cü avtomobil təqdim edildi, növbəti sən ola bilərsən - Həyəcan davam edir!
-
1 gün əvvəl
Xırdalanda ilk “McDonald's” restoranının açılışı olub - FOTO
- 1 gün əvvəl
-
1 gün əvvəl
53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı!
Bakı metrosunda NFC ödənişlərə başlanılıb
"PAŞA Həyat"da yeni təyinat
“Xəmsə” birlik yarışında Kapital Bank iki layihə ilə qalib oldu
Xırdalanda ilk “McDonald's” restoranının açılışı olub - FOTO
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır
Mərkəzi Bankda bankların rəhbər şəxsləri ilə görüş keçirilib
Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası
Avrozonada inflyasiya hədəfə yaxınlaşıb









.jpg)







.jpg)




