CHANGAN Azərbaycan gücləndirilmiş yeni servis mərkəzini açdı! - FOTO
(®) 30 may tarixində CHANGAN Azərbaycan gücləndirilmiş və daha böyük əraziyə sahib servis mərkəzinin açılışı ilə əlaqədar press-konfrans keçirib.
Bir neçə ay öncə yeni avtosalona köçən rəsmi distribütoru artıq servisi də eyni ünvanda, Əhməd Rəcəbli 40B, AZ 1075 ünvanında fəaliyyət göstərəcək. Yenilənmiş mərkəz Changan sahiblərinə müasir servis imkanları və ehtiyat hissələri ilə operativ təminat sözü verir. Şirkət daha geniş ərazidə daha çox avtomobil üçün səmərəli xidmət göstərməyi hədəfləyib.
“Fəaliyyətimiz avtomobillərin idxalı və satışı ilə yanaşı, həm də həmin avtomobillərə texniki xidmət göstərməkdən ibarətdir. Fəaliyyət dövrümüzdə qarşımıza qoyduğumuz məqsəd brendi təmsil etməklə yanaşı müştərilərimizin tələblərinə cavab vermək, keyfiyyətli və etibarlı xidmət göstərmək olmuşdur. Bu günə qədər şirkətimiz tərəfindən müştərilərimizin istifadəsinə 2750 ədəd avtomobil təhvil verilmişdir. Satış nəticələri artdıqca bizim Babək prospektində yerləşən servis mərkəzimizdə infrastruktur çatışmazlığı nəzərə çarpan dərəcəyə çatmışdır. Bunun həlli yolu inkişaf proqramı tərtib etmək idi. İnkişaf proqramının ilk mərhələsində infrastruktur layihəsi həyata keçirildi. Yeni servis mərkəzi daha geniş infrastruktura malikdir. Əvvəlki servis mərkəzimizdə ehtiyat hissələri üçün nəzərdə tutulmuş anbar 300 m2-dən ibarət idisə, indi 850 m2-dən ibarətdir. Bu isə bizə daha geniş ehtiyat hissələri stoku saxlamağa imkan verir. Nəticədə, biz geniş tərkibli dövrü təmir ehtiyat hissələri stoku saxlamaqla yanaşı, hər model üzrə gövdə detallarının da geniş stokunu formalaşdırmağa imkan əldə etmişik” - Azərbaycan Avtomobil evinin direktoru Orxan Bayramov tədbirdəki çıxışında qeyd etdi.
Press-konfransın yekunu olaraq qeyd etmək istərdik ki, Changan brendi servis imkanlarında yeni dövrə qədəm qoyur. Artıq yeni servis mərkəzi müştərilərini qəbul etmək üçün daha geniş ərazi və infrastruktra malikdir. Bu da öz növbəsində Changan avtomobili sahibi olmaq istəyənlər üçün böyük stimul yaradacaq.
Changan Rəsmi Servis mərkəzinin iş saatları aşağıdakı kimidir:
Həftə içi 5 gün saat 09:00-18:00;
Şənbə günləri 10:00-15:00.
Əlaqə: *5544
Ünvan: Əhməd Rəcəbli 40B
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 11 d. əvvəl
-
- 29 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq





















