"AzPul"da rekord artımlar
Bank Olmayan Kredit Təşkilatı "AzPul" MMC 2023-cü ili 28 milyon 437 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2022-ci ili 3 milyon 541 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT "AzPul"un xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 24 milyon 896 min manat və ya 8 dəfədən çox artıb.
Marja.az xəbər verir ki, "AzPul"un faiz gəlirləri 2022-ci ilin sonunda 7 milyon 459 min manat ikən, 2023-cü ilin sonunda 44 milyon 138 min manata çatıb (5,9 dəfə artıb). Həmçinin ötən il Şirkət 13 milyon 531 min manat digər gəlirlər də əldə edib.
2023-cü ildə "AzPul" MMC kredit zərərləri üçün ehtiyata 10 milyon 351 min manat ayırıb. Bu məbləğdə ayırma təşkilatda gecikmədə olan kreditlərin artdığına işarədir.
Ötən il BOKT "AzPul" MMC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 3,7 dəfə artaraq 2023-cü ilin sonunda 28 milyon 32 min manat çatıb. Kredit şirkətinin portfeli 2022-ci ilin sonunda 7 milyon 469 min manat təşkil etmişdi.
Bank Olmayan Kredit Təşkilatı "AzPul" MMC -nin 100% payçısı Radostovets Vladimir Nikolayeviçdir. Təşkilat 18 sentyabr 2020-ci il tarixli lisenziya əsasında fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
36 d. əvvəl
Bank Respublika “ASAN Məktub” proqramı çərçivəsində uşaqların arzularını gerçəkləşdirdi
-
50 d. əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
1 saat əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
20 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
Rəsmi məzənnələr açıqlandı
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub














.jpg)



.jpg)
