NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
(®) Təhsil və peşəkar inkişafa şərait yaratmaq öhdəliyini davam etdirən NEQSOL Holding “Parla” təqaüd proqramının iştirakçıları üçün “ünsiyyət bacarıqları” mövzusunda zəngin təlim sessiyası təşkil edib.
Təhsilin İnkişaf Fondu ilə əməkdaşlıq şəraitində həyata keçirilən “Parla” proqramının məqsədi tələbə qızları dəstəkləmək və inkişaf etdirməklə onların peşəkar karyeraya hazırlamaqdır. “Parla” proqramına ötən il tərəflərin birgə müəyyən etdiyi meyarlar əsasında 674 tələbə qız arasından 50 uğurlu namizəd seçilmişdir.
Holdinqin əməkdaşı tərəfindən keçən həftə aparılan “ünsiyyət bacarıqları” təlimi zamanı əsas diqqət ünsiyyət bacarıqlarının yaxşılaşdırılması, o cümlədən emosional intellektin, liderliyin və effektiv ünsiyyət üsullarının bəzi aspektlərinə yönəldilmişdir. Bu bacarıqlar həm şəxsi, həm də peşəkar inkişaf üçün çox vacib olub tələbələri öz karyeraları boyunca uğur qazandıracaq vasitələrlə təmin edir.
Keçirilən təlimlə bağlı fikirlər çox müsbət olub, belə ki, tələb qızların əksəriyyəti diqqətin yumşaq bacarıqlara yönəlməsini alqışlayıb. “Bu sessiyada emosional intellekt və liderliklə bağlı əldə etdiyimiz məlumat və biliklər bizə öz təhsilimizdə və peşəkar həyatımızda məqsədlərə nail olmağa çox kömək edəcək”, tələb qızlardan biri dedi. “Təhsil aldığımız müddətdə belə güclü dəstək görməyimiz bizi çox həvəsləndirir”.
NEQSOL Holding tələbə qızları təqaüd, mentorluq və təcrübə keçmə imkanları, habelə NEQSOL Akademiyası vasitəsilə beynəlxalq təhsil resurslarına, o cümlədən “Enocta Premium Catalogue”, “Skillsoft” və ADA Universitetinin kurslarına çıxış təmin etməklə onların inkişafına tam yanaşma tətbiq edir. Onlayn kurslarla yanaşı “Parla” proqramının iştirakçıları “Roof Academic Training” ilə birlikdə artıq ingilis dili və IELTS dərslərinə başlayıb.
Holdinq öz dəstəyini davam etmək niyyətindədir və gələcəkdə daha çox təlim sessiyaları və ustad dərsləri keçirməklə “Parla” proqramının iştirakçılarının karyera çətinliklərinə hazır olmasını təmin edəcək.
NEQSOL Holding beynəlxalq şirkətlər qrupu 11 ölkədə telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
12 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
13 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı


















.jpg)

.jpg)


