İstehlak kreditləri portfelinin dollarlaşması tarixi minimuma enib
Kredit portfelinin dedollarlaşma trendi davam etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının 2023-cü ilin yekunları üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilir ki, manatın məzənnəsinin sabitliyi və manatla kreditləşmənin genişlənməsi fonunda kredit portfelində milli valyutada olan kreditlərin payının artması trendi davam etmişdir. Ötən il ərzində bütövlükdə kredit portfelinin dollarlaşması 1.2 faiz bəndi azalaraq 18.8% təşkil etmişdir. Bu azalmanın əsas səbəbi istehlak kreditləri olmuşdur. Belə ki, ötən il ərzində istehlak kreditlərinin dollarlaşma səviyyəsi 3.4 faiz bəndi azalaraq 2.8%-ə çatmışdır. Xarici valyutada gəliri olmayan borcalanlara xarici valyutada istehlak kreditlərinin verilməsinin məhdudlaşdırılması və xarici valyutada kreditlər üzrə əlavə risk çəkisinin müəyyən edilməsi istehlak portfelinin dollarlaşmasının tarixi minimuma enməsinə imkan vermişdir. Həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına əsasən ipoteka kreditinin yalnız milli valyutada verilməsi tələbi ipoteka kreditləri üzrə portfelin demək olar ki, milli valyutada olmasını şərtləndirmişdir. Hesabat ili ərzində biznes kreditlərinin dollarlaşma səviyyəsində isə əhəmiyyətli dəyişiklik olmamışdır.
Hesabatda qeyd edilib ki, bankların faiz dərəcəsinə qarşı həssaslığı onların dayanıqlılığına təhdid yaratmır. Bazar risklərindən olan faiz dərəcəsi riski durasiya metodu ilə təhlil edilmişdir.
Sektorda aktiv və öhdəliklərin əksəriyyəti balans dəyəri ilə əks etdirildiyinə görə hesablamalar balans dəyəri üzərindən aparılmış və AMB-nin uçot faiz dərəcəsi ilə diskontlaşdırılmışdır. Aktiv və öhdəliklər arasında durasiya uyğunsuzluğunun əsas mənbəyi verilmiş kreditlərin və cəlb olunmuş depozitlərin orta çəkili durasiyaları arasında fərqin 4 dəfəyə yaxın olmasıdır.
Müsbət durasiya fərqi nəticəsində faiz dərəcələrinin artımı kapital adekvatlığı əmsalına azaldıcı təsir edir. Aparılmış simulyasiyalara əsasən, faiz dərəcəsinin 1 faiz bəndi artması kapital adekvatlığı əmsalının 0.9 faiz bəndi azalması ilə nəticələnir ki, bu da bank sisteminin maliyyə dayanıqlılığına təhdid yaratmır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
1 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
- 2 saat əvvəl
-
15 saat əvvəl
Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro krediti bloklayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan neftinin son qiyməti
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Ən çox oxunanlar
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
Finlandiya şirkəti Avropada ilk kvant hesablama şirkətlərindən biri kimi birjaya çıxmağı planlaşdırır
AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
























