ADY: İnklüziv nəqliyyat – Maneəsiz səyahət
(®) “Azərbaycan Dəmir Yolları” QSC (ADY) fəaliyyətində nəqliyyatda maneələri aradan qaldırmağı, mobilliyin hər kəs üçün əlçatan olmasını hədəfləyir, maneəsiz səyahətin təmin edilməsi baxımından davamlı olaraq kompleks tədbirlər həyata keçirir, fiziki imkanları məhdud şəxslər üçün yönləndirmə sistemləri və dəstəkləyici xidmətlərini inkişaf etdirir.
ADY həssas qrupların cəmiyyətə sürətli inteqrasiyası məqsədilə ADY 15 may tarixində Azərbaycan Dəmiryol Muzeyində maraqlı tərəflərin, xüsusilə nəqliyyat sahəsində fəaliyyət göstərən tərəfdaşların – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, "Bakı Metropoliteni" QSC, Daxili İşlər Nazirliyinin Dəmir yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları və nəqliyyat sahəsində fəaliyyət göstərən ekspertlərin iştirakı ilə “İnklüziv nəqliyyat – Maneəsiz səyahət” adlı tədbir təşkil edib.
Tədbirin keçirilməsində məqsəd sərnişindaşıma sahəsində hamı üçün əlçatan mobillik haqqında məlumatlılığı artırmaq və daha inklüziv mühitin yaradılmasını təmin edəcək infrastruktur barədə yeni təşəbbüsləri təşviq etməkdir.
Tədbirdə ADY-nin əsas dəyərlərindən biri olan dayanıqlılıq çərçivəsində sosial qruplarla iş, xüsusilə sərnişin qatarlarından istifadə edən və autizmdən əziyyət çəkən insanlara diqqət və qayğının göstərilməsi, xidmətlərin bu qrup insanlar üçün əlçatan olması, bu istiqamətdə qatar heyətinə keçirilən təlimlər və ən yaxşı təcrübələr barədə müzakirələr aparılıb.
Bildirilib ki, “Birgə və Sağlam” İB-nin dəstəyi ilə qatar bələdçilərinə həssas qruplarla davranış qaydaları barədə təlimlər təşkil olunub, əməkdaşlar arasında maarifləndirmə kampaniyaları həyata keçirilib, həmçinin autizmli şəxslər sürət qatarları ilə səyahət təcrübəsi yaşayıblar. Müasir qatarlar rahat və səssiz olması baxımından mütəxəssislər tərəfindən autizmli şəxslərin dost nəqliyyat növü seçilib.
Qeyd edək ki, ADY 2023-cü ildə BMT-nin Qlobal Sazişinə üzv olmaqla fəaliyyətində ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərini rəhbər tutur, ölkəmizdə inklüziv cəmiyyətin qurulması naminə təşəbbüsləri dəstəkləyir. Şirkətimiz bundan sonra da bu sahədə tərəfdaşlıqların qurulmasında və sərnişinlər üçün təhlükəsiz və etibarlı nəqliyyatın yaradılması istiqamətində səylərini davam etdirəcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















