Azərbaycan “Tetra Tech” şirkətilə müzakirələr aparıb
Energetika Nazirliyində ölkəmizdə səfərdə olan “Tetra Tech” beynəlxalq məsləhətçi şirkətinin nümayəndələri ilə “Energetika Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında Azərbaycan Respublikasının elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu” çərçivəsində “Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həll yolları” texniki yardım layihəsinin müzakirəsi məqsədilə görüş keçirilib.
Görüşdə AYİB-in Yaşıl İqtisadiyyat və İqlim Fəaliyyəti Departamentinin Əməliyyat Lideri ilə layihənin icraçısı qismində cəlb edilmiş “Tetra Tech” şirkətinin nümayəndələri tərəfindən Azərbaycanın 2050-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının azaldılması yollarının modelləşdirilməsi haqqında müzakirələr aparılıb, şirkət tərəfindən elektroenergetika sektorunun dekarbonizasiyası siyasətinə dəstək verəcək PLEXOS və TIMES modellərinə dair təqdimat nümayiş olunub. Həmçinin layihə üzrə icra ediləcək tapşırıqlar nəzərdən keçirilib və layihənin mühüm strateji elementləri müzakirə edilib.
Görüşdə Energetika, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, “Azərenerji” ASC-nin və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri iştirak edib.
Qeyd edək ki, layihənin texniki tapşırığı özündə mövcud modellərin hesablanmasını, Azərbaycanın 2050-ci ilə qədər istilik effekti yaradan qazların (İEYQ) emissiyalarının azaldılması yollarının modelləşdirilməsini, Azərbaycanda enerji sektorunun dekarbonizasiyası üçün müvafiq siyasət və texnologiyalarla bağlı tövsiyələrdən ibarət yol xəritəsinin hazırlanmasını, habelə bu sahədə potensialın gücləndirilməsi və maraqlı tərəflərin cəlb edilməsini ehtiva edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























