Azərbaycan və Qırğızıstan mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb
Qırğız Respublikasının Milli Bankının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədirMay ayının 13-də Qırğız Respublikasının Milli Bankının (QRMB) sədri Kubanıçbek Bokontayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başlayıb.
Səfər çərçivəsində QRMB-nin nümayəndə heyətinin Azərbaycan Mərkəzi Bankında (AMB) təcrübə mübadiləsi məqsədilə bir sıra görüşləri nəzərdə tutulub.
Sədr Kubanıçbek Bokontayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilk olaraq AMB-nin sədri Taleh Kazımov ilə görüşüb.
Görüşdə hər iki ölkənin mərkəzi bankları arasında mövcud qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətləri arasında keçirilən görüşdən sonra tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. AMB-nin sədri Taleh Kazımov Memorandumun qurumlar arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyi barədə əminliyini vurğulayıb.
Qeyd edək ki, Memorandum imzalanması ilə bağlı ilkin müzakirələr sədrlərin ötən ilin noyabr ayında Qazaxıstanın paytaxtı Astana şəhərində baş tutan görüşündə yer alıb.
Səfər çərçivəsində QRMB-nin nümayəndələri üçün AMB-də mühüm istiqamətlər üzrə təcrübə mübadiləsi təşkil olunur. Belə ki, nümayəndə heyəti üçün AMB-nin müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı yaradılır. Həmçinin təcrübə mübadiləsi çərçivəsində AMB-nin əməkdaşları tərəfindən təqdimatlar keçirilərək praktiki məlumatların paylaşılması da nəzərdə tutulur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























