“AFB Bank” böyüyür, gəlirli aktivlərinin payı artır
“AFB Bank” ASC 2023-cü ilin sonuna aktivlərini 328.71 mln. manata çatdırıb və son dörd ay üzrə göstəricilərindən məlum olur ki, bankın aktivlərində gəlirli olan hissə artmaqdadır.
Banker.az bankın kənar audit tərəfindən təsdiqlənən hesabatına istinadən xəbər verir ki, bu da son bir ildə 17 faizlik artım deməkdir. Kommersiya bankının aktivlərinin həcmi ötən ilin əvvəli 280.53 mln. manat idi.
Bank bu müddət ərzində müştərilərə verdiyi xalis kreditlərinin həcmini 162.35 mln. manata yüksəldib ki, ilin əvvəlində bu rəqəmin 151.06 mln. manat olduğunu nəzərə alsaq, bu da bankın son ildə 7 faizlik yüksəliş dinamikasına nail olması deməkdir.
Hesabata əsasən, “AFB Bank” müştərilərdən cəlb etdiyi əmanətləri il ərzində 124.78 mln. manatdan 169.4 mln. manata yüksəldib ki, bu da illik müqayisədə 36 faiz artımdır.
Bankın xalis faiz gəliri son illik müqayisədə 24 faiz artımla 14.04 mln. manata yüksəlib. Xalis faiz gəliri dedikdə cəmi faiz gəlirləri ilə cəmi faiz xərcləri arasındakı fərq nəzərdə tutulur.
Bankın idarəetmə hesabatına əsasən isə, o, ötən il bir sıra uğurlu layihələrdə iştirak edib. Bura kartlarında “Apple Pay” və “Google Pay”in tətbiqi, “VİSA Prinsipal”a üzvlük, “VİSA Acquiring” lisenziyasının, “MasterCard Cross Border”, POS-terminalların HÖP-ə inteqrasiyası” və Ehtiyyat Mərkəzinin yenilənməsinin layihələrini aid etmək olur.
Hesabat müddətində bankın tarixinə yazılan digər uğurlu hadisə isə “Google Pay”də ən qısa zamanda inteqrasiya edən bank və eləcə də “Apple Pay”da 100% səhvsiz nəticə ilə dünyada ilk sıralara adını yazdırması olub.
Bəs 2024-cü ilə necə başladı?
“AFB Bank” son bir ildə kredit portfelində mühüm irəliləyişə nail ola bilib. 2023-cü ilin ilk 4 ayın sonuna 166.11 mln. manat olan kredit portfelinin həcmi cari ilin eyni dövründə 177.07 mln. manatı adlayıb. Bu, onun son bir ildə əsas fəaliyyət istiqaməti – müştərilərə verilən kreditləri 7 faiz artırması anlamına gəlir.
Bankdakı müddətli hesabların həcmi də son bir ildə 13 faiz artaraq 1 may 2024-cü il tarixinə 34.75 mln. manata yüksəlib. Bankda cari hesabların həcmi isə 84.29 mln. manatdır.
Bankdan verilən məlumatda qeyd edilir ki, ilin ilk dörd ayında onun mənfəəti 2.2 mln. manatdır.
Bankın aktivlərində digər diqqət çəkən məqam gəlirli olan hissənin cəmi akitvlərdəki payının son bir ildə 74.8 faizdən 78.3 faizə və kredit portfelinin aktivlərdəki payının 57.4 faizdən 63.2 faizə qədər artmasıdır ki, bu da növbəti illərdə onun gəlirliliyinin formalaşmasında mühüm müsbət təsir edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
11 d. əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
-
- 14 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
1 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
1 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
3 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
Milli maraqlara zidd olan biznes dövlət tərəfindən alınacaq
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır






















