200 MVt-lıq quruda külək enerjisi layihəsi üzrə Çərçivə Müqaviləsi imzalandı
Azərbaycan və Səudiyyə Ərəbistanını enerji tərəfdaşlığını gücləndirən sənədlər imzaladıEnergetika Nazirliyində energetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl-Səudun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında qardaşlıq əlaqələrinin olduğu və ölkə rəhbərlərinin dostluq münasibətlərinin, enerji əməkdaşlığının inkişafına qarşılıqlı əhəmiyyət verildiyi məmnunluqla qeyd edilib. Ölkələrimiz arasında enerji əlaqələrinin ikitərəfli formatda çoxşaxəli inkişafında enerji sahəsində Əməkdaşlıq Sazişinin icrasının və Birgə Texniki Komitənin fəaliyyətinin əhəmiyyətindən bəhs olunub. Xüsusilə, “yaşıl enerji” tərəfdaşlığının enerji əməkdaşlığını uzunmüddətli əsasda möhkəmləndirən, ədalətli enerji keçidi və iqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycan-Səudiyyə Ərəbistanı Krallığının həmrəyliyini təmin edən mühüm rolu vurğulanıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində uğurlara nail olunması istiqamətində əməkdaşlığa dair müzakirələr aparılıb.
Görüşdə “ACWA Power” şirkəti ilə quruda və dənizdə ümumi gücü 2.5 QVt olan külək enerji layihələrinin inkişafı üzrə əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib. Bərpa olunan enerji layihələrinin icrasının sürətləndirilməsinin vacibliyi qeyd edilib. Azərbaycanda bərpa olunan enerji layihələrində “ACWA Power” şirkətinin iştirakına, bilik və təcrübə mübadiləsi yolu ilə bərpa olunan enerji mənbələrinin inteqrasiyası, elektrik enerjisinin istehsalı, ötürülməsi, enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafına dəstək ifadə olunub. Həmçinin neft emalı, neft-kimya məhsullarının təchizatı, aşağı emissiyalı yanacaq və texnologiyalar sahələrində, eləcə də SOCAR və Səudiyyə Ərəbistanının şirkətləri arasında birgə əməkdaşlıq məsələləri və investisiya imkanları da müzakirə edilib.
Görüşün yekununda hər iki ölkənin Energetika nazirlikləri arasında Birgə Texniki Komitənin üçüncü iclasının Protokolu imzalanıb.
Həmçinin Energetika Nazirliyi ilə “ACWA Power” şirkəti arasında 200 MVt-lıq Batareya Enerji Saxlanc Sistemi (BESS) layihəsi ilə bağlı İcra Müqaviləsi və 200 MVt-lıq quruda külək enerjisi layihəsi üzrə Çərçivə Müqaviləsi də imzalanıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























