Bank Respublika birinci rübdə bütün göstəricilər üzrə artım nümayiş etdirib
- Bankın xalis mənfəəti 39% artaraq 13,51 milyon manat təşkil edib.Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2024-cü ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, Bank dinamik inkişafını davam etdirərək, ölkənin bank sektorunun liderlərindən biri statusunu bir daha təsdiqləyib.
Bankın yaydığı press-relizdə bildirikir ki, Bank Respublika ötən ilin analoji dövrü ilə müqayisədə bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirərək nəzərəçarpacaq müsbət nəticələr əldə edib:
- Bankın aktivləri 28% artaraq 2,1 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
- Bankın məcmu kapitalı 25% artaraq 168,77 milyon manat təşkil etmiş və minimum məcmu kapital normasını 3 dəfədən çox üstələmişdir.
- Bankın depozit portfeli 44% artaraq 1,41 milyard manat təşkil edib ki, bu da çoxsaylı müştərilərin “Bank Respublika”ya olan inamını bir daha təsdiqləyir.
- Bankın xalis faiz gəlirləri 32% artaraq 34,58 milyon manata çatıb.
- Bankın xalis əməliyyat mənfəəti 50%-dən çox artaraq 16,89 milyon manata çatıb.
- Bankın xalis mənfəəti 39% artaraq 13,51 milyon manat təşkil edib.
- I dərəcəli kapitalın adekvatlıq əmsalı - 8,97% (norma 6%)
-Məcmu kapitalın adekvatlıq əmsalı - 12,55% (norma 12%)
-Leverec əmsalı - 5,85% (norma 5%)
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Stabil" proqnozlu "B2" reytinqinə (Moody's) malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
22 d. əvvəl
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
-
- 24 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
2 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
3 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Ən çox oxunanlar
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
























