Coca-Cola “HORECA Collection” layihəsinin hesabatını təqdim edib
(®) Coca-Cola Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EcoHub” ekoloji platforması ilə birgə həyata keçirdiyi “HORECA Collection” ekoloji layihəsinin hesabatını təqdim edib.
30 Mart Beynəlxalq Sıfır Tullantı Günündə təqdim edilən hesabatda bildirilir ki, Coca-Cola-nın “Tullantısız Dünya” proqramının tərkibində icra olunan layihə HORECA (hotel, restoran, kafe) üzrə fəaliyyət göstərən müəssisələrdən plastik tullantıların toplanaraq təkrar emal edilməsini həyata keçirir. Layihənin icra olunmasında məqsəd təkrar emalı təşviq etməkdir.
Hazırda fəaliyyətini davam etdirən layihə çərçivəsində ümumilikdə 111.725,50 kq (~111 ton), təkcə 2023-cü il ərzində isə 66.207,30 (~66 ton) tullantı toplanılıb.
CocaCola şirkətinin Avrasiya regionu üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev bildirib ki, Coca-Cola Dayanıqlı İnkişaf Strategiyasına uyğun olaraq plastik tullantıların təkrar emalına yönələn layihələr həyata keçirir: "Coca-Cola dünyada tullantıların azaldılması üçün həm dövlət qurumları, həm biznes sektoru, həm də ekoloji təşkilatlarla sıx əməkdaşlıq edir. Bu layihə Coca-Cola-nın Azərbaycanda ekoloji istiqamətdə həyata keçirdiyi uzun müddətli layihələrdəndir. Layihə artıq 3-cü ildir ki, icra olunur və Azərbaycanda plastik tullantıların təkrar emalı işinə öz töhfəsini verir. Əminəm ki, bu il də layihə öz uğurlu nəticələri ilə faydalı olacaq”.
Qeyd edək ki, “Tullantısız Dünya” proqramı çərçivəsində Coca-Cola 2030-cu ilə qədər bazara çıxardığı bütün qablaşdırmaları toplayıb təkrar emal etməyi hədəfləyir.
Xatırladaq ki, Türkiyənin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında irəli sürdüyü “Sıfır Tullantı” qətnaməsinin qəbul edilməsi ilə hər il 30 Mart tarixi Beynəlxalq Sıfır Tullantı Günü kimi qeyd edilir. Təsis edilən gün tullantı probleminə diqqət çəkərək təkrar emal vasitəsilə gələcək nəsillərə təmiz və yaşamaq üçün əlverişli planet miras qoymağı hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
1 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Ən çox oxunanlar
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin







.jpg)







.jpg)




