Soliton qadınları 8 Mart münasibətilə təbrik edir! - Video
(®) Azərbaycan xalqının nümayəndələri əsrlərdir tarixdə öz adlarını qızıl hərflərlə yazmağa davam edirlər.
Elm, mədəniyyət, idman və digər bütün sahələrdə azərbaycanlılar hər zaman öz ilkləri ilə seçilib. Bəylərimiz kimi Azərbaycan xanımlarının da ölkəmizin adının dünyada tanıdılmasında olan mövqeləri əvəzsizdir. Fədakar, zəhmətkeş, güclü, savadlı, istedadlı xanımlarımızın uğurlarının arxasında dayanan sehrli güc isə onların özlərinə olan inamlarıdır. Bu inamı canlı saxlamaq və bəzən tək çatmayan özəlliyi yüksək motivasiya olan xanımlarımızı ilhamlandırmaq isə hər birimizin arzusudur. Bəzən kiçik bir toxunuş hər şeyi dəyişə, özünəinamı artıra və əngəlləri aşmağa kömək edə bilər.
Uğurları ilə dünya tarixində izlər buraxmış Azərbaycan xanımlarının hekayəsinə baxmaq belə motivasiya qazanmaq üçün kifayət edir. Belə xanımların sayı çoxdur. İlk qadın şairəmiz Məhsəti Gəncəvi, şərqin ilk opera yazan qadın bəstəkarı Şəfiqə Axundova, 1-ci Dünya Müharibəsi zaman tibbə başçılıq edərək minlərlə əsgəri sağlamlığına qovuşduran Nigar Şıxlinskaya və başqa minlərlə xanımlarımız bu siyahını qürurla genişləndirir. Onları unutmamaq, daim onları örnək götürərək öz arzularının arxasınca getməklə bütün qadınlarımız özlərinə uğurlu həyat yolu çizə bilərlər.
Dünyadakı bütün zəhmətkeş, əməkçi xanımlara həsr olunan 8 Mart Beynəlxalq Qadınlar Günü xanımlara özlərini daha özəl və dəyərli hiss etdirən bir gündür. Bu gün üçün hazırlanan tədbirlər, çəkilən videoçarxlar xanımlara "bir gün yox, hər gün dəyərlisiniz və siz hər şeyin ən yaxşısını bacararsınız" - mesajını verir.
Bu video çarxlardan biri də Soliton-un Qadınlar Gününə özəl hazırladığı çarxdır. Onu sizinlə bölüşür, yaxşı seyirlər arzulayır və bütün xanımlara inamlı, güclü, ümidlə dolu olmağı arzu edirik. İşığınız heç sönməsin, əziz xanımlar, dünyamızın sizin sehrli toxunuşunuza hər zaman ehtiyacı var. Sizi həm təbrik, həm də təqdir edirik! Neçə belə ilklərə!
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
50 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























