Türkiyə Mərkəzi Bankının yenidən faiz artıracağı gözlənilir
JPMorgan Türkiyə Mərkəzi Bankının aprel ayında faiz dərəcəsini 50%-ə qaldıracağını gözləyir.Amerika investisiya bankı JPMorgan, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) aprel ayında əsas faiz dərəcəsini 5 faiz bəndi də artıraraq 45%-dən 50%-ə qaldıracağını gözləyir.
Marja.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır.
Fevralın 22-də Türkiyə Mərkəzi Bankı 2023-cü ilin iyununda başlayan faiz artımı dövrünü dayandıraraq əsas faiz dərəcəsini 45% səviyyəsində saxlayıb.
“İnflyasiyanın gözləntiləri aşması Türkiyə Mərkəzi Bankının seçkilərdən sonra (31 martda bələdiyyə seçkiləri keçiriləcək), Aprel yığıncağında faiz dərəcələrini artırmağa davam edəcəyinə dair ehtimalları artırıb”, - media yazır.
Bazar iştirakçıları ilin sonunda inflyasiyanı 42%-dən çox, dolların milli valyuta - lirə (TL) qarşısında məzənnəsini isə 40 səviyyəsində proqnozlaşdırırlar.
Türkiyə Mərkəzi Bankının yeni sədri Fatih Karahan, tənzimləyicinin cari ilin sonuna inflyasiya proqnozunu 36% səviyyəsində saxladığını açıqlamışdır.
"Türkiyənin siyasi hakimiyyəti də ilin sonuna inflyasiyanın 34%-ə düşəcəyini gözləyir", - deyə maliyyə naziri Mehmet Şimşək bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
21 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























