Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Prezidentdən istefa edən Nazirlər Kabinetilə bağlı SƏRƏNCAM

Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək, Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra olunmasını əvvəlki tərkibinə həvalə edildi.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezidentdən istefa edən Nazirlər Kabinetilə bağlı SƏRƏNCAM
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam imzalayıb

Fevralın 14-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam imzalayıb.

Marja xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq, Nazirlər Kabinetinin istefa verməsini nəzərə alaraq, Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra olunmasını bu Sərəncamla Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edib.

XXX

Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verməsini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 fevral 2024-cü il

Nazirlər Kabineti tərkib sərəncam
14.02.2024 15:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18