"Bizdə həkiminin qəbuluna düşmək üçün uzun gözləmə müddətləri yoxdur"
İcbari tibbi sığortanın tətbiqindən sonra tibb müəssisələrinə müraciətlərin sayı kəskin artıb. Bu isə xəstəxanalarda sıxlığın yaranmasına səbəb olub. Elə xəstəxanalar var ki, həkim qəbuluna düşmək üçün bir neçə saat gözləməli olursan.
Marja.az xəbər verir ki. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev yaranmış vəziyyətdən danışıb.
O qeyd edib ki, xəstəxanalarda pasiyentlərin müayinə və müalicəsi növbəlilik prinsipi əsasında aparılır:
"Bu, dünyanın hər yerində belədir. Avropanın ən inkişaf etmiş ölkələrində təcili tibbi müdaxilə tələb edən hallar istisna olmaqla, insanlar səhhətlərində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkimlərinə müraciət etməlidirlər. Bəzi hallarda ailə həkiminin qəbuluna düşmək üçün həftələrlə gözləməli olursan. Bizdə isə uzun gözləmə müddətləri, tibbi xidmətin alınması üçün məhdudiyyət yoxdur. Vətəndaşlarımız yaşadığı və ya qeydiyyatda olduğu ərazidən asılı olmayaraq, ixtisaslaşdırılmış ambulator yardım üçün TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqiqat institutuna göndəriş vərəqəsi olmadan birbaşa müraciət edə bilərlər. Ambulator və stasionar tibbi xidmətin göstərilməsi ilə bağlı gözləmə müddəti Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir".
Zaur Əliyev qəlavə edib ki. dövlət tibb müəssisələrində növbə sıxlığının qarşısını almaq üçün randevu sistemi ötən ilin sonundan ilkin olaraq Yeni Klinikada test rejimində işləyir:
"Tədricən bu tibb müəssisələrinin siyahısı genişlənəcək. Randevu sisteminin tətbiqi həm pasiyentlər, həm də həkimlər üçün faydalı olacaq. Bu yalnız növbə sistemi ilə bağlı deyil, ümumilikdə icbari tibbi sığorta sahəsində görülən təkmilləşmə işlərinin əhali ilə yanaşı, tibb heyəti üçün faydaları böyükdür. Səhiyyə ocaqlarının yeni nəsil avadanlıqlarla təchizatı, sığorta ilə qarşılanan tibbi xidmətlərin çeşidinin artırılması həkimlərin fəaliyyətinin səmərəliliyinə birbaşa təsir edir. Təchizatın güclənməsi xəstəliklərin dəqiq diaqnozunun təyininə, vaxtında xidmətin göstərilməsinə gətirib çıxarır ki, bu da vətəndaşın həkimdən və xəstəxananın fəaliyyətindən məmnunluğu ilə nəticələnir".
© "Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)





.jpg)
