Prezident idarə sədrini vəzifədən azad etdi
İlqar Mustafayev Dənizkənarı Bulvar İdarəsinin sədri vəzifəsindən azad edildi, yerinə Xanlar Ağalarov təyin edildi.
Azərbaycan Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İlqar Əziz oğlu Mustafayev Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Prezidentin digər Sərəncamı ilə, Xanlar Adil oğlu Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin edilib.
İlqar Əziz oğlu Mustafayev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi təyin edilsin.
İlqar Mustafayev 15 yanvar 2016-cı il tarixində İdarənin sədri təyin edilmişdi.
Xanlar Ağalarov 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) magistr təhsili alıb. O, eyni zamanda Böyük Britaniyanın Kembric Universitetinin dövlət siyasəti ixtisası üzrə magistr proqramını bitirib.
X. Ağalarov bu təyinatına qədər Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsini icra edirdi. Bundan öncə isə Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbələrində müxtəlif vəzifələrdə çalışıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
13 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
