"İkinci əl telefon biznesini Azərbaycana yeni formatda gətiririk"
“Nar”ın bir sıra planları açıqlandıAzərbaycanın mobil operatoru "Nar"ın Satış departamentinin direktoru Fariz Cəfərov Şirkətin bir sıra planlarını açıqlayıb.
Bildiyiniz kimi “Nar”ın baş ofisi Bakıda yerləşir. Bu da bölgələrdə olan sahibkarlar üçün sənədləşmədə çətinlik yaradırdı.
"Onlar müqavilə bağlanması üçün hər dəfə Bakıya gəlirdilər. Artıq buna ehtiyac qalmayacaq. Çünki fərdi sahibkarlar üçün sadələşdirilmiş müqavilə tipləri hazırladıq. VÖEN-i olan istənilən sahibkarımız olduğu regionda müştəri xidmətlərinə yaxınlaşıb rahat şəkildə biznesi üçün nömrələr əldə edə biləcək.
Bundan başqa, dövlət qurumlarında illərdir işləyən şəxslər var. Onlar iş və şəxsiyyət vəsiqələrini təqdim etməklə istənilən müştəri xidmətinə yaxınlaşıb özləri və ailə üzvləri üçün xüsusi seçilmiş paketlər çərçivəsində nömrələr əldə edə biləcəklər",- Fariz Cəfərov bildirib..
Satış departamentinin direktoru qeyd edib ki, qarşıda böyük texnoloji yeniliklər gözlənilir:
"Bu səbəbdən telekommunikasiya sektorda fəaliyyət göstərən şirkətlər davamlı olaraq bazara müxtəlif xidmətlərlə çıxmağı planlamalıdır. Sırf GSM üzərindən xidmət vermək dövrü qapanıb. Müştərilərin tələbləri artdığı üçün telekom şirkətləri də bazara uyğunlaşmalıdır. Dünya təcrübəsində böyük telekommunikasiya şirkətləri dar çərçivə ilə kifayətlənmirlər, əksində, paralel xidmətləri də gətirirlər. Fintek, telefon satışları və s. istiqamətlərdə inkişaf yerləri axtarırlar. Xüsusən də, mobil telekom şirkətləri də buna istiqamətdə inkişaf etməlidirlər. Biz müştəri xidmətlərində telefon satışında artıq varıq. İkinci əl telefon biznesini də Azərbaycana yeni formatda gətiririk. Baxmayaraq ki, hazırda bu xidmətimizdən müştərilərimiz yararlana bilirlər, biz bu istiqaməti genişləndirməyi düşünürük və artıq bu yöndə fikirləri formalaşdırıb konkret adımlara keçirik. Ümumiyyətlə, bütün sahələrdə trendləri izləyib müştərilərin istəklərinə uyğun formada tətbiq etməyə hər zaman çalışmaq lazımdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)








