"Fiziki şəxslərin özlərini direktor və ya başqa vəzifəyə təyin etmək hüququ yoxdur, 3 işçi cəlb etməlidirlər"

Vergi Məcəlləsinin 102.1.30 və 106.1.20-ci maddələri edilən son dəyişikliklərdən sonra mikro sahibkarlara verilən vergi güzəştlərinin şərtləri dəyişib. Belə ki, son dəyişikliklərdən sonra güzəşt hüququ əldə etmək istəyən sahibkarlar ən azı 3 muzdlu işçi cəlb etməlidirlər.
Bu məsələdə maraqlı məqamların biri odur ki, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslər özlərini şirkətə direktor və ya başqa vəzifəyə təyin edə bilirlər. Bu zaman mikro sahibkarlar vergi güzəştindən yararlanmaq üçün iki işçi cəlb edə bilərmi?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslər özlərini şirkətə direktor və ya başqa vəzifəyə təyin edə bilər. Bu halda sahibkarlar şirkətə iki muzdlu işçi cəlb etməklə 75% vergi güzəştindən istifadə edə bilər. Fiziki şəxslərin isə özlərini direktor və ya başqa vəzifəyə təyin etmək hüququ yoxdur. Bu səbəbdən fiziki şəxs olan mikro sahibkarlar 75% vergi güzəştindən yararlanmaq üçün mütləq 3 muzdlu işçi cəlb etməlidirlər.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli qərarına əsasən, mikro sahibkarlar işçilərinin sayı 1-10 nəfər, illik gəliri isə 200 min manata qədər olan vergi ödəyicilərdir.
Xatırladaq ki, Vergi Məcəlləsinin 106.1.20. maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi;
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş mənfəət vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır.
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 d. əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
2 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
2 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 2 saat əvvəl
-
2 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
3 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 3 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
