"Kostyumu alırsan, onu satana icarəyə verirsən, 3 ay sonra geri satırsan və 50% qazanırsan"
Belə bir mexanizmlə 50 faiz qazanc vəd edilir!Azərbaycanda sosial şəbəkələr vasitəsilə insanlara daha bir "yatırım" təklif olunur. Təklifin gəlirlilik faizinin qanuni bazar faizlərindən kəskin yüksək olması diqqəti cəlb edir. Adətən belə yüksək faizləri dələduzluq ilə məşğul olanlar təklif edirlər.
Marja.az xəbər verir ki, "Al və icarəyə ver" adlı "yatırım" təklifi "Obraz Baku" MMC şirkəti tərəfindən təqdim olunur. İddia olunur ki, bu "yatırım" qısa müddətdə yüksək qazanc gətirir.
"1000 AZN-dən başlayaraq istənilən məbləğdə yatırım edib cəmi 3 ay ərzində 50% qazanc əldə edin. Belə ki, istənilən məbləğdə "Obraz Baku" məhsullarını alırsınız və daha sonra bizə icarəyə verirsiniz", -şirkətin reklamında bildirilir.
Qeyd edək ki, "Obraz Baku"nun məhsulları səhnə və şou kostyumları, eləcə də ziyafət geyimləridir.
"Fərz edək ki, 10 000 AZN dəyərində "Obraz Baku" məhsullarını əldə etdiniz. Daha sonra bu məhsulları biz sizdən 3 aylıq icarəyə götürürük. 3 ay müddətinə sizə məhsulun dəyərinin 50%-i qədər icarə haqqı ödəyirik. Yəni, 10 000 manatlıq məhsul üçün aylıq 1666 AZN xalis qazanc əldə edirsiniz (3 ayda 5000 AZN - red). 3 ayın sonunda da həmin məhsulları sizdən ilkin qiymətinə satın alırıq. Qarşılıqlı razılaşma əsasında müqavilə müddəti uzadıla da bilər",- "Obraz Baku" təklifini belə izah edir.
Qeyd edilib ki, bu məhsulların satışına dair müqavilə bağlanılır. Köçürmələr nağd və ya bank hesabı vasitəsi ilə edilə bilər. Ardınca, məhsulların icarəsinə dair müqavilə bağlanılır. Bütün proses rəsmi qaydada aparılır.
"Obraz Baku" şirkətinin nümayəndəsi Orxan Bahadırzadə "Marja.az"a açıqlamasında bildirdi ki, "Obraz Baku" şirkəti səhnə, şou kostyumları, ziyafət geyimləri istehsal edir, həmçinin tədbirlərin təşkili fəaliyyətilə məşğul olur:
"Bizim tikiş seximiz mövcuddur. Burada 3 metrlik "Panda", "Maşa və Medved" kostyumları, maskot paltarları, bütün növ milli geyimlər tikilir. Bunların 90 faizinin Azərbaycanda ilk istehsalçısıyıq. Həm də biz 12 ildir uşaq məclislərinin və əyləncə tədbirlərinin təşkili fəaliyyətilə məşğul oluruq. Bizim böyük sayda kostyum istehsalına ehtiyacımız var. Həm bizim təşkil etdiyimiz tədbirlər üçün, həm də digər təşkilatçıların sifarişləri üzrə kostyumlara təlabat var. Tədbir təşkilatçıları bizə sifariş verirlər, lakin imkanlarımız olmadığı üçün sifarişləri gec icra edirik və ya qəbul edə bilmirik. Bu da müştərilərin itirilməsinə səbəb olur. Əlimizdə böyük büdcə olmadığı üçün bütün növ kostyumlardan istehsal edib gündəlik təlabatı qarşılaya bilmirik. Uşaq ad günlərinə, sünnət toylarına, xəstəxana çıxışlarına, məktəb və bağça tədbirlərinə böyük sayda kostyumlar tələb olunur. Bu biznesin dekabr mövsümündə təlabatı qarşılıya bilmədik, sifarişlərin çoxundan imtina etdik. Qarşıda Novruz, İyun mövsümləri gəlir. Bu mövsümlərdən yararlanmaq üçün belə bir kampaniya təşkil etmək qərarına gəldik. Belə ki, kim istəsə 1000 manatdan başlayan büdcədə bizə kostyum sifariş verə bilər. Məsələn, biz 10 min manata bazar dəyərilə 20 kostyum satdığımız halda, istehsalçı olduğumudan bu məbləğə 40 -50 kostyum istehsal edə bilirik. Müştəriyə satılan və sonra ondan icarəyə götürülən 20 kostyum təşkil etdiyimiz tədbirlərdə istifadə olunur, digər 20-30 kostyum da digər şəxslərə satılır. Həm gündəlik sifarişlərdən gəlir əldə edirik, həm də satış edərək kök məbləği çıxara bilirəm. 3 ayın sonunda da kostyumları geri aldığımız üçün 40-50 kostyum bizə qalır.
Məsələn, müştəri bazar qiymətilə 1000 manatlıq "Panda" kostyumu sifariş verən zaman, biz əslində həmin məbləğə 2 "Panda" kostyumu istehsal edirik. İki kostyumdan birini qablaşdırıb başqa bir müştəriyə satırıq, digərini tədbirlərdə istifadə edirik. Bir "Panda" kostyumunu hər gün 3-4 tədbirdə istifadə edib, hər birindən ən azı 20-30 manat xalis mənfəət əldə edirik. Bu gəlir ilə 50%-lik qazanc vədimizi yerinə yetiririk. İstifadə etmədiyimiz ikinci kostyumu isə sataraq 1000 manat ödəyən müştərinin kök məbləğini qaytarırıq. Üç aydan sonra kostyum geri alındığından bizə qalır. Bizim qazancımız budur".
Şirkətin nümayəndəsi bildirdi ki, satışdan əldə edilən vəsait tikiş avadanlıqlarının, kəsən avadanlıqların, ütülərin və xammalın alınmasına da sərf olunur.
Orxan Bahadırzadə qeyd etdi ki, artıq 4 nəfər təklifə qoşulub. Onlar arasında ən çox investisiya edilən məbləğ 12 min manatdır.
Qeyd edək ki, Dövlət Vergi Xidməti ötən ilin Sentyabr ayında "Obraz Baku" MMC-nin dövlət qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Bahadırzadə Ələkbər Elsəvər oğludur.
Əlavə edək ki, hər zaman peşəkar ekspertlər yüksək qazanc vədlərini diqqətlə arşdırmağı, bazarda təcrübəsi, uğurlu layihələri olmayan şirkətlərə sərmayə yatırmamağı tövsiyə edirlər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
3 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)



.jpg)






