Bakıda da fəaliyyət göstərən məşhur xətəxanalar qrupu iflasın astanasında

Bakıda da fəaliyyət göstərən, Türkiyənin ən böyük göz xəstəxanaları qrupu, tədavül müddəti başa çatmış istiqrazlar üzrə ödənişi həyata keçirə bilmir. Səbəb şirkətin maliyyə çətinlikləri ilə qarşı-qarşıya olmasıdır.
"Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu məqsədlə banklar ilə borcun restrukturizasiyası (ödəniş müddətinin uzadılması) üzrə aparılan danışıqlarda razılıq əldə olunmayıb. Danışıqlar 800 milyon lirəlik borcun restrukturizasiyası üzrə aparılırdı.
"Dünyagöz" xəstəxanalarının sahibi olan "Kapıcıoğlu Qrup"nun "Akbank", "Odeabank" və "Ziraat Bankası" ilə davam edən danışqılarda razılaşmanın olmaması "Dünyagözün" 8 Avqustdakı 86 milyon lirəlik istiqraz ödənişini riskə atıb.
Borcun yenidən strukturlaşdırılması danışıqları, "Dünyagöz"ün Türkiyə daxilində 135 milyon dollarlıq kapitalla 10 yeni xəstəxana açmasının ardından baş verməsi diqqəti çəkir. Noyabr ayında "Bloomberg"ə müsahibə verən Kapıcıoğlu, "Dünyagöz"də səhm satışı danışıqlarının 15 İyul dövlət çevrilişi cəhdindən sonra yaranan siyasi təlatüm səbəbindən uğursuz olduğunu söyləmişdi.
“Dünyagöz” 2017-ci ilin Aprel ayından etibarən Bakıda da xidmət göstərməyə başlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
20 d. əvvəl
Azərbaycan Prezidenti Fransanın yeni səfirinin etimadnaməsini qəbul etdi
- 32 d. əvvəl
-
-
40 d. əvvəl
Sabahdan Xırdalan-Bakı E2 nömrəli ekspres marşrut xətti istifadəyə verilir
-
56 d. əvvəl
İnşaat materialları istehsalçısının gəliri artıb, amma mənfəəti azalıb
-
1 saat əvvəl
“AFB BANK” avadanlıqların satın alınması üzrə tender elan edib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
-
2 saat əvvəl
Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
Son Xəbərlər

10 000 manat kredit götür, aylıq cəmi 350 manat ödə

Azərbaycan və Çin mərkəzi banklarının sədrləri görüşüb

ABB səhmdarları 16%-ə yaxın dividend qazana bilərlər

Azərbaycan şirkəti Özbəkistanda konserv zavodu tikəcək
Ən çox oxunanlar

Bakı Fond Birjası ilk dəfə istiqrazların ticarətində “təmiz qiymət” prinsipini tətbiq edib

Oktyabrın 17-də gözlənilən hava şəraiti

Azərbaycanın xarici ticarətində mənfi vəziyyət

Qeyri-vergi gəlirləri 2025-də pikə çatdıqdan sonra aşağı düşəcək - Vergi gəlirləriı üzrə kəskin artım nəzərdə tutulur

Azərbaycanın 2026–2029-cu illər üzrə dövlət büdcəsi proqnozları: gəlirlər artacaq, xərclər yüksələcək

Azərbaycanın dövlət borcunda 2026-da yenidən artım gözlənilir
