EPUL və ATB Bankdan Azərbaycanda bir ilk
EPUL onlayn ödəniş platforması və ATB bank Azərbaycanda ilk olaraq pərakəndə satış məntəqəsilə VİSA Apple/Gpay tokenizasiyasında CyberSource həllini işə saldı. Hazırda Apple/Google buludunda bank kartına sahib olan şəxslər nağdsız şəkildə bəxşiş ödənişləri icra edəcəklər (NOCASH), həmçinin Visa şirkətinin CyberSource həllindən istifadə etməklə Asan və digər satış məntəqələrində Dövlət xidmətləri ödənişlərindən rahatlıqla yararlanacaqlar.(®) EPUL onlayn ödəniş platforması, ATB bank və Visa pərakəndə satış məntəqələri şəbəkəsində VİSA Apple/Gpay tokenizasiyasında CyberSource həllini istifadə verdiyini elan edir.
İndi Apple/Google cüzdanlarında bank kartına sahib olanlar, EPUL partnyorları ödəniş linkinə keçməklə kart məlumatlarını daxil etməyə və 3DS kodunu təsdiqləməyə ehtiyac duymurlar.
Ödəniş etmək üçün sadəcə TouchID-dən və ya smartfonunda FaceID istifadə etmək kifayətdir. CyberSource platforması sahibkarlara bir çox kanallar üzrə ödənişləri qəbul etməyə, onları rahat idarə etməyə, fırıldaqçılığın avtomatik qarşısını almağa və müştəri ödəniş məlumatlarını təhlükəsiz saxlamağa imkan verən ödənişlərin işlənməsi üzrə dünya liderlərindən biridir.
CyberSource platformasının üstünlükləri:
- Ödənişləri təhlükəsiz və səmərəli şəkildə emal etməyə kömək edir;
- 160 ölkədə fəaliyyət göstərir, ölkələrin 97%-ni əhatə edir;
- Hazır e-ticarət platformalarından istifadəni təmin edir.
CyberSource asan ödəniş inteqrasiyası və fırıldaqçılıqdan müdafiəni təmin edir. CyberSource-dən istifadə fırıldaqçılıq riskini 20% azalda, satışları isə 15% artıra bilər.
CyberSource vasitəsi ilə ödəniş istənilən Visa kartlarından, həmçinin Apple Pay və ya Google Pay rəqəmsal pul kisələrindən istifadə etməklə mümkündür.
Visa və tərəfdaşlar arasında sıx strateji əməkdaşlıq innevativ ödəniş üsullarının tətbiqini reallığa çevirir və Azərbaycanda ekvayrinqin əhəmiyyətli hissəsini əhatə edir, bu da rahat, təhlükəsiz və sərfəli xidmətdən istifadə üçün daha çox biznes nümayəndələrini cəlb etməyə imkan verir. İstifadəçilər üçün texnologiyanın üstünlüyü ödəniş üsulunun seçilməsi və ödəniş prosesinin asanlığıdır.
“Visa-nın strateji məqsədi Azərbaycanda nağdsız iqtisadiyyatın inkişafına töhfə verməkdir. Ölkədə innovativ CyberSource həllinin istifadəyə verilməsi sahibkarlar üçün rəqəmsallaşma səviyyəsini yüksəldəcək və təhlükəsiz edəcək. EPUL və ATB banka əməkdaşlığa görə minnətdarlığımızı bildiririk. Əminik ki, ölkədə rəqəmsallaşmanın inkişafı istiqamətində birgə işimizi davam etdirəcəyik”,-deyə Visanın Azərbaycandakı baş direktoru və regiondakı meneceri Nurlan Hacıyev bildirmişdir.
“Azərbaycan sürətlə inkişaf edən elektron ticarət bazarıdır. Bu sahədə əməliyyatların həcmi sürətlə artır və onlayn biznes üçün təkcə yeni imkanlar deyil, həm də yeni çağırışlar yaradır. Biz nağdsız ödənişlərin maksimum sürətini, rahatlığını və təhlükəsizliyini təmin etmək üçün çox çalışırıq və Azərbaycanda Visa-dan CyberSource həllinin ilk fintech tərəfdaşı olmağımızdan məmnunuq”,- “Paysis”MMC, EPUL platformasının baş direktoru Samir Nasibov bildirmişdir.
“Biz Azərbaycanda maliyyə texnologiyasında yeniliklər etməkdən qürur duyuruq və bu tendensiyanı davam etdirmək niyyətindəyik. Biz trasmilli korporasiyalara və yerli tərəfdaşlarımıza ödənişlərin təhlükəsiz və innovativ qəbulunu təmin edən texnologiyanı Visa platformasından təmin etməkdən məmnunuq”, - ATB bankın prosesinq mərkəzinin direktoru Namid Abdulov bildirmişdir.
EPUL.az platformasının yaradıcısı olan “PAYSİS” MMC 2014-cü ildə təsis edilib. İnnovativ ödəniş platforması ödəniş sahəsində İT, aqreqasiya, maliyyə inteqrasiya və digər xidmətləri göstərir.
•Web: https://e-pul.az/epay/home
•Android: https://play.google.com/store/apps/details?id=az.epul.technopay.android
•IOS: https://apps.apple.com/us/app/e-pul/id965770019?ign-mpt=uo%3D4
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 5 saat əvvəl
-
6 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
6 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
7 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
7 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
7 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı























