“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Foreks bazarlarında EUR/USD məzənnəsi keçən həftə 1.1910$-a kimi bahalaşdıqdan sonra sürətlə ucuzlaşmağa başlayıb. Təhlillərə əsasən, bazar ertəsi 1.1797$-a ticarət edilən qiymət, yenidən 1.1727$-a kimi ucuzlaşarsa və altında qalarsa, 1.1660$ və 1.1570$-a kimi də ucuzlaşa bilər.
Cümə günü Bakı vaxtı ilə saat 16:30 açıqlanacaq, ABŞ-ım inflyasiyası ilə bağlı önəmli statistik məlumatlar da investorların diqqət mərkəzindədir. İnflyasiya göstəriciləri mərkəzi bankların gələcək monetar siyasətlərinin proqnozlaşdırılması üçün önəmlidir və maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olur.
GBP
Keçən həftə Amerikanın əmək bazarı ilə bağlı yayımlanan fundamental məlumatlardan sonra ucuzlaşan valyutalar arasında funt sterlinq də olub. Belə ki, burada da təhlillər göstərir ki, 1.3023$-a kimi ucuzlaşan GBP/USD məzənnəsi, 1.2919$-a kimi də ucuzlaşa bilər. Eyni zamanda, cümə axşamı Bakı vaxtı ilə saat 12:30-da açıqlanacaq, İngiltərənin sənaye sektoru ilə bağlı önəmli statistik məlumatların maliyyə bazarlarında ticarət aktivliyinin artmasına təsir edəcəyi gözlənilir.
TRY
Türkiyə maliyyə bazarlarında Türk lirəsi qiymətinin də 3.55TL-ə kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 11:00-da yayımlanacaq, Türkiyənin də sənaye sektoru ilə bağlı fundamental məlumatların lirənin qiymətinə təsir edəcəyi gözlənilir.
OIL
Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti 52$-ın üzərində ticarət edilməkdədir. Gələcək günlər ərzində burada güclü hərəkətlilik gözlənilmir və 51-52$ aralığında ticarət ediləcəyi proqnozlaşdırılır. Amerikanın neft ehtiyatlarında azalma dinamikasının güclənməsi, neftə olan tələbin daha da artmasına işarədir və bu, son aylar qiymətlərin bahalaşmasına təsir edib.
GOLD
Əlvan metallar bazarlarında da qızılın bir unsiya üzrə qiyməti keçən həftə ərzində 1254$-a (40.2 $/qram) kimi 1% ucuzlaşıb. Təhlillərə əsasən, maliyyə bazarlarında dolların bahalaşması ilə ucuzlaşan, qızıl qiymətləri əlavə olaraq 1241$-a (39.8 $/qram) kimi də ucuzlaşa bilər. Amerika Mərkəzi Bankının (FED) faiz siyasəti üzrə artım gözləntilərinin yenidən güclənməsi, qızılın daha da ucuzlaşmasına səbəb ola bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 15 saat sonra
-
- 11 saat sonra
-
5 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
6 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
6 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb












.jpg)










.jpg)
