“Azvitamin” və “AGR Group” şirkətlərinin vəzifəli şəxsləri cəzalandırıldı
Saxlama müddəti ötmüş və sertifikatlaşdırılmamış malların satılması müəyyən edilib.Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində istifadəyə yararsız kartof, bibər və digər yeyinti məhsullarının, habelə spirtli içkilərin satışı zamanı baş verən qanun pozuntuları barədə daxil olmuş müraciətlər əsasında araşdırma aparılıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd edilib ki, araşdırmalar zamanı 2 hüquqi şəxs və onların vəzifəli şəxsi - “Azvitamin” MMC və onun vəzifəli şəxsi Orxan Səfərov, “AGR Group” MMC və onun vəzifəli şəxsi Gülnarə Abdullayeva, sahibkarlıq fəaliyyəti ilə məşğul olan 4 vəzifəli şəxs - Şəmistan Əsgərov, Ceyhun İsmayılov, Əhliman Məcidov, Elşad Məmmədov, həmçinin 2 fiziki şəxs Elşən Bayramov və Heydər Bayramovun saxlama müddəti ötmüş məhsulların satılmasına və qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması müəyyən edildiyindən barələrində İnzibati Xətalar Məcəlləsinin 447.0.1 və 447.0.4-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuşdur.
Qeyd olunan inzibati xəta haqqında iş üzrə icraatlara Bakı şəhərinin Xəzər və Səbail rayon məhkəmələri, həmçinin Qida Təhlükəsizliyi Agentliyi tərəfindən baxılaraq, fiziki, vəzifəli və hüquqi şəxslər ümumilikdə 20 min manat məbləğində inzibati qaydada cərimə edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
6 d. əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
-
8 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
11 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
13 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 21 d. əvvəl
- 23 d. əvvəl
- 32 d. əvvəl
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Ən çox oxunanlar
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir



























