Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Rusiya 2024-cü ildə neftin qiyməti barədə proqnozunu açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya 2024-cü ildə neftin qiyməti barədə proqnozunu açıqlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Rusiya 2024-cü ildə Brent markalı neftin bir barelinin 80-85 dollar diapazonunda olacağını gözləyir".

Marja xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.

Reklam_3_11

"Biz Rusiya Federasiyasının Energetika Nazirliyinin nəzdində fəaliyyət göstərən müxtəlif analitik agentliklərin və analitik xidmətlərimizin hesablamalarından da istifadə edirik. Düşünürük ki, gələn il "Brent"in qiymətlərindəki dalğalanmaların diapazonu 80-85 dollar/barel civarında ola bilər. Bu, gələn il üçün sosial-iqtisadi inkişaf proqnozunu formalaşdırarkən nəzərə alınan rəqəmlərdir”, - Novak “Rossiya 24” telekanalına müsahibəsində bildirib.

O, həmçinin qeyd edib ki, ixracatçı ölkələr bir-biri ilə qarşılıqlı əlaqədə olarkən qiymətləri müəyyən etmək vəzifəsi qoymurlar.

“Bizim vəzifəmiz tələb və təklifi tarazlaşdırmaqdır ki, sənaye stabil fəaliyyət göstərsin. Bu il ərzində qiymətlər az-çox sabit olub. Bu gün Brent markalı neftin bir barreli 80 dollar civarındadır”, - deyə Novak bildirib.

27.12.2023 12:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar