Birbank-ın “10 001 hədiyyə” lotereyasının qaliblərinə hədiyyələr təqdim edildi
(®) Xəbər verdiyimiz kimi ölkənin ilk rəqəmsal bankı Birbank-da 3 tirajdan ibarət “10 001 hədiyyə” lotereyası keçirilir.
Artıq lotereyanın 2 tirajı geridə qalıb. 2 tirajda ümumilikdə 2 104 008 karta məxsus 19 819 173 şans iştirak edib. Canlı yayımda təsadüfi üsulla seçilən 6 600 kart qalib olub. İki tirajın sonunda uduş fonduna daxil edilən hədiyyələrdən 10 000₼ pul mükafatı, 1 000₼ dəyərində səyahət paketi, “Umico Market”dən 500₼ dəyərində hədiyyə kuponu, 10 “Umico” bonusları və 5₼ dəyərində keşbeklər öz sahiblərini tapıb.
Ötən günlərdə isə lotereyanın birinci və ikinci tirajının qaliblərinə hədiyyələr təqdim edilib.
İlk tirajda 10 000₼ pul mükafatına Aysel xanım sahib olub, onun 1-ci tirajda 50 şansı var idi. “Lotereyadan məlumatım olsa da, mənə mesaj gələndə inanmamışdım. Hətta linkə belə daxil olmadım. Doğrudur, oyunlarda şanslıyam, amma bu məbləğdə mükafatı qazanacağım ağlıma gəlməzdi. Bilirəm ki, lotereyalara inanmayanlar çoxdur. Mən də onlardan biri idim, amma Kapital Bank fikrimi dəyişdi. Şəffaf oyun üçün sizə təşəkkür edirəm. Məni çox sevindirdiniz. Hər kəsə uğurlar arzu edirəm”.
Qusarda yaşayan Ağakərim bəyin isə ilk tirajda 85 şansı var idi və o, 1000₼ dəyərində səyahət paketi qazanıb. “2 ildən çoxdur Birbank kartları istifadə edirəm. Amma ilk dəfə lotereyada qalib olmuşam. Çoxdandır Şərq ölkələrinə səyahət planlayıram, amma büdcəm yetmirdi. Bu məbləğ lap yerinə düşdü”- deyə, qalib bildirib.
2-ci tirajda 20 şansla iştirak edən Musa bəy də 10 000₼ mükafat qazanmağın sevincini bölüşdü: “Mənə ilk dəfə zəng edib məlumat verəndə elə bildim dost-tanışlarım zarafat edirlər. Təəccübləndim, çünki heç vaxt şansa inanmamışam. Amma fikrim dəyişdi, hətta mən artıq özümü şanslı adam hesab edirəm. Kapital Bank-a isə təşəkkür edirəm”.
1 000₼ dəyərində səyahət kuponu qazanan Pərviz bəy isə mükafatın bayram öncəsi onu çox sevindirdiyini bildirdi: “Kapital Bank-a minnətdaram Yeni il öncəsi bundan gözəl hədiyyə ola bilməzdi. Mən səyahəti çox sevirəm. Kuponu ölkədaxili səyahətə istifadə edəcəm. Belə lotereyaları tez-tez edin ki, hamı faydalansın”.
Lotereyanın 3-cü tirajı 27 dekabr tarixində həyata keçiriləcək. İstifadəçilər linkdən FİN kodu daxil etməklə lotereyada iştirak şanslarını izləyə bilərlər. https://bir.bank/bbltrypr. Qaliblər tirajın sonunda, Kapital Bank-ın sosial media hesablarında və https://birbank.az saytında elan olunacaq.
Xatırladaq ki, lotereyada uduş fonduna “Xəzri Rezidens” yaşayış kompleksindən 2 otaqlı mənzil daxildir. Eyni zamanda dəniz mənzərəli “Xəzri Rezidens” yaşayış kompleksindən mənzil aldıqda “Birbank” promo kodunu təqdim edən müştərilərə 12 000 AZN-dək endirim ediləcək. Endirim üçün: https://bir.bank/bbxzrpr.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
6 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
8 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
8 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
8 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
9 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
9 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
9 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR









.webp)














.jpg)


