970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dövlət İqtisad Universitetində yeni təyinat

AzVak-mobil_resmin_ustu_31
Dövlət İqtisad Universitetində yeni təyinat

Dövlət İqtisad Universitetində (UNEC) Elm üzrə prorektor vəzifəsinə yeni təyinat olub.

Marja.az xəbər verir ki, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru dosent Fariz Əhmədov UNEC-in Elm üzrə prorektoru təyin olunub.

Fariz Əhmədov 1983-cü ildə anadan olub. 1999-2003-cü illərdə UNEC-in Türk Dünyası İqtisad Fakültəsində “Biznesin təşkili və idarəedilməsi” ixtisası üzrə bakalavr təhsili alıb. 2002-2005-ci illərdə Türkiyənin Sakarya Universitetində “İdarəetmə və təşkilatlandırma” ixtisası üzrə magistratura, 2006-2010-cu illərdə isə doktorantura təhsili alıb. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Dosent” elmi adı verilib.

Əmək fəaliyyətinə UNEC-in Türk Dünyası İqtisad Fakültəsində müəllim olaraq başlayıb. 2010-2014-cü illərdə həmin fakültədə müəllim, baş müəllim, dosent və kafedra müdiri müavini vəzifələrində çalışıb. 2014-2017-ci illərdə “İqtisadiyyat və işlətmə” kafedrasının müdiri olub. 2016-cı ildən prorektor vəzifəsinə təyin olunanadək Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru vəzifəsində çalışıb.

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) həyata keçirdiyi “2016-cı ilin Gənc alimi” müsabiqəsinin qalibi olub. 2020-ci ildə "Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi" döş nişanı, eyni zamanda UNEC-in “Fəxri Fərman”ı ilə təltif olunub.

Nüfuzlu elmi platformalarda (Web of Science, SCOPUS) indekslənən jurnallarda 10- dan, beynəlxalq elmi jurnallarda nəşr olunmuş 30-dan çox elmi məqalənin müəllifidir.

“Strateji idarəetmə”, “Tədqiqat metodları” və “Biznesdə strateji idarəetmə” kitablarının həmmüəllifi, “Keyfiyyət İdarəetmə Sistemi”, “Qlobal İqtisadiyyatda Yeni İstiqamətlər”, “Exploring The Green Economy: Issues, Challanges and Benefits” kitabları ilə yanaşı, dünyaca nüfuzlu “İqtisadi İnkişaf – Michael Todaro – Stephen Smith” kitab tərcüməsinin elmi redaktorudur. Dünya Bankı, UNDP, Erasmus+ layihələri ilə yanaşı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, SOCAR Midstream, PAŞA Holdinq şirkətləri tərəfindən dəstəklənən elmi tədqiqat layihələrində rəhbər və koordinatorudur.

Fariz Əhmədov UNEC
25.12.2023 14:05
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19