İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xərcləri artırıldı
Prezident İlham Əliyev “İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi haqqında” 30 dekabr 2022-ci il tarixli fərmanında dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin builki xərcləri 2 241 239 633 manatdan 2 301 959 633 manata çatdırılıb (60.720.000 manat artırılıb).
O cümlədən icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği 1 803 778 570 manatdan 1 873 778 570 manata dəyişdirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər 1 653 778 570 manatdan 1 625 778 570 manata dəyişdirilib.
TƏBİB-in tabeliyində olmayan tibb müəssisələrindən tibbi xidmətlərin alışı üzrə sığorta ödənişləri 150 000 000 manatdan 248 000 000 manat dəyişdirilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini və TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin maddi-texniki bazasının və kadr təminatının maliyyələşdirilməsi xərcləri 174 809 683 manatdan 165 529 683 manata dəyişdirilib.
XXX
İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1949 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin gəlir və xərclərini dürüstləşdirmək məqsədilə qərara alıram:
“İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1949 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1459) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1-ci bəndin “Məbləğ (manatla)” sütununda “2.241.239.633,0” rəqəmləri “2.301.959.633,0” rəqəmləri ilə əvəz edilsin.
2. 3.1.4-cü yarımbənd üzrə:
2.1. “Məbləğ (manatla)” sütununda “1.803.778.570,0” rəqəmləri “1.873 778.570,0” rəqəmləri ilə əvəz edilsin;
2.2..1-ci abzasın “Məbləğ (manatla)” sütununda “1.653.778.570,0” rəqəmləri “1.625.778.570,0” rəqəmləri ilə əvəz edilsin;
2.3..2-ci abzasın “Məbləğ (manatla)” sütununda “150ş000.000,0” rəqəmləri “248.000.000,0” rəqəmləri ilə əvəz edilsin.
3. 3.1.6-cı yarımbənd üzrə:
3.1..“Məbləğ (manatla)” sütununda “174.809.683,0” rəqəmləri “165.529.683,0” rəqəmləri ilə əvəz edilsin;
3.2. 2-ci abzasın “Məbləğ (manatla)” sütununda “4.000.000,0” rəqəmləri “2.720.000,0” rəqəmləri ilə əvəz edilsin;
3.3..3-cü abzasın “Məbləğ (manatla)” sütununda “50.000.000,0” rəqəmləri “30.000.000,0” rəqəmləri ilə əvəz edilsin;
3.4..4-cü abzasın “Məbləğ (manatla)” sütununda “40.000.000,0” rəqəmləri “55.000.000,0” rəqəmləri ilə əvəz edilsin;
3.5. 7-ci abzasın “Məbləğ (manatla)” sütununda “10.000.000,0” rəqəmləri “7.000.000,0” rəqəmləri ilə əvəz edilsin.
4. 3.3-cü bəndin “Məbləğ (manatla)” sütununda “70.000.000,0” rəqəmləri “9.280.000,0” rəqəmləri ilə əvəz edilsin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
9 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)







.jpg)



