Azərbaycan şirkətinə 500 milyon dollar kredit ayırılacaq
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD, AYİB), Cənub Qaz Dəhlizinin ən böyük hissəsini təşkil edən Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsində istifadə edilmək üçün, Azərbaycana məxsus "Cənub Qaz Dəhlizi" şirkətinə 500 milyon dollar məbləğində kredit ayırmağı planlaşdırır.
"Marja" EBRD-dən verilən yazılı açıqlamaya istinadən xəbər verir ki, 18 Oktyabrda keçiriləcək idarə heyətinin toplantısında kreditin təsdiq olunması gözlənilir.
Açıqlamada, ümumi dəyəri 8,6 milyard dollar olan TANAP layihəsi üçün daha əvvəl Dünya Bankının 800 milyon dollarlıq və Asiya İnkişaf Bankının da 600 milyon dollarlıq kredit ayırmağı təsdiq etdiyi xatırladılıb.
Avropa İnvestisiya Bankının da TANAP üçün kredit təmin etməyi düşündüyü bildirilən açıqlamada, layihənin Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin etməsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.
Açıqlamada, Cənub Qaz Dəhlizinin böyük bir hissəsini təşkil edən TANAP-ın tikintisi müddətində 9 mindən artıq, daimi olaraq isə təxminən 300 nəfərə məşğulluq təmin ediləcəyi ifadə edilib.
"Cənub Qaz Dəhlizi" şirkəti layihədə 58 faiz paya malikdir. Böyük hissəsi Azərbaycan hökumətinə məxsus bu şirkətin TANAP üçün yatıracağı investisiyanın 5 milyard dollara çatacağı qeyd edildib.
"Cənub Qaz Dəhlizi" şirkətinin 51 faiz hissəsi Azərbaycan hökumətinə, 49%-i ARDNŞ-ə (SOCAR) məxsusdur.
İlk fazada 16 milyard kubmetr tutuma malik olacaq TANAP, bu qazın 6 milyard kubmetrini Türkiyəyə, 10 milyard kubmetrini isə Avropaya daşıyacaq.
Türkiyəyə qazın 2018-ci ilin ilk yarısından sonra verilməsi planlaşdırılır, Avropaya nəql isə Trans Adriatik Boru Kəmərinin (TAP) hazır olması vəziyyətinə görə 2019-2020 dövründə həyata keçiriləcək.
Ehtiyac olarsa TANAP-ın gücü 31 milyard kubmetrə qədər qaldırılacaq.
TANAP-da, "Cənub Qaz Dəhlizi" şirkətinin 58 faiz, "Boru Kəmərləri ilə Neft Daşıma AŞ"nin (BOTAŞ) 30 faiz və BP-nin də 12% payı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 7 d. əvvəl
-
-
46 d. əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
Dollar bazar ertəsi ucuzlaşıb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"


























