Türkiyədə restoranlarda qiymətləri göstərən lövhələr məcburi olacaq
Restoranlar, kafelər və qənnadı məmulatları mağazalarında qiymətləri göstərən lövhələr “istehlakçılar tərəfindən asan görünən və oxunacaq şəkildə” yerləşdirilməlidir”.
Türkiyədəki bütün restoran, kafe və şirniyyat dükanlarının girişində və ziyarətçilərə xidmət göstərilən masalarda qiymət etiketləri yerləşdirmələri məcburi olacaq. Bu qayda 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Marja.az xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyinin əmri "Rəsmi Qəzet"də dərc olunub.
Bütün ictimai iaşə obyektləri “iş yerində, giriş qapısının qarşısında və xidmət masalarının üzərində təklif olunan xidmətlərin qiymətlərini göstərən menyunu və ya qiymət lövhələrini istehlakçılar tərəfindən asan görünən və oxunacaq şəkildə yerləşdirməlidirlər.
Türkiyənin əksər iaşə obyektlərində qiymətlər pəncərələrdə göstərilib, əlavə olaraq ofisiantın gətirdiyi menyuda da onları tapmaq olar. Bununla belə, İstanbul da daxil olmaqla turizm bölgələrində ziyarətçilər tez-tez hesabı ödəyərkən işçilər tərəfindən aldadılmalarından şikayətlənirlər.
Türkiyə Ticarət Nazirliyinin əmrində yeni qaydaları pozan müəssisələr üçün hansı sanksiyaların nəzərdə tutulduğu göstərilməyib.
Nazirliyin məlumatına görə, 11 ay ərzində Türkiyədə 65,4 min şirkət yoxlanılıb və qanun pozuntularına görə 20,2 min nəfərə qarşı 1 milyon 272 min dolla cərimə tətbiq edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
21 d. əvvəl
"Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım"
-
27 d. əvvəl
"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
-
- 30 d. əvvəl
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu
-
1 saat əvvəl
Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb
-
1 saat əvvəl
Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
Son Xəbərlər

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

"Azərbaycan artıq iqtisadi diplomatiyasını ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Ən çox oxunanlar

Sentyabrın 21-də gözlənilən hava şəraiti

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür
