SOCAR-la bp arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb
SOCAR və bp Azərbaycanda metan emissiyalarının azaldılması üçün əməkdaşlıq edəcəkBu gün SOCAR və bp Azərbaycanın neft-qaz sektorunda metan səviyyələrinin azaldılmasına yönəlmiş yeni əməkdaşlıq təşəbbüsünü elan etmək üçün birgə tədbir keçirib.
bp-nin yaydığı məlumatda bildirilir ki, Qlobal “Metan Rəhbər Prinsipləri”ni (MGP) imzalamış bu iki şirkət Azərbaycanda metan emissiyalarının azaldılması səylərini irəli aparmaq məqsədilə öyrətmək və başqalarından öyrənmək, təcrübələri bölüşmək və birgə fəaliyyət üçün metan sahəsindəki öz təcrübə və biliklərini bir araya gətirərək sıx əməkdaşlıq edəcək.
Bundan iki həftə əvvəl 30 noyabr 2023-cü il tarixində “MGP” ölkələr səviyyəsində metan emissiyalarının azaldılmasını sürətləndirmək üçün özünün yeni Qlobal Metan Emissiyalarının Azaldılmasının Təşviqi (AGMR) təşəbbüsünü elan etmişdi. SOCAR və bp həmin təşəbbüs çərçivəsində birgə işləyərək Azərbaycanda enerji sektorunun tələblərinə cavab verən xüsusi yol xəritəsi hazırlamaq səylərinə dəstək məqsədilə əsas maraqlı tərəfləri, tərəfdaşları, tədqiqat institutlarını və hökumət rəhbərliyini bir araya gətirəcək.
Tədbirdə həmçinin SOCAR-la bp arasında qarşılıqlı anlaşma memorandumu imzalandı. Bu sənəd çərçivəsində şirkətlər metan səviyyələrinin azaldılması sahəsində bilik və bacarıqların inkişafı, emissiyaların ölçülməsi, hesabatlılıq, yoxlama, texnologiyalar və texniki təcrübənin artırılması yönümündə birgə işləyəcək.
SOCAR-ın vitse-prezidenti Əfqan İsayev dedi: “SOCAR və bp-nin uzunmüddətli tərəfdaşlığı qlobal miqyasda davamlı, sərfəli və təhlükəsiz enerji təmin edilməsində əlamətdardır. Bu memorandumun imzalanması qarşılıqlı əlaqələrimizi daha da gücləndirmək öhdəliyimizi bir daha təsdiqləyir. Əminik ki, bu əməkdaşlıq metan qazının azaldılması və iqlimin qorunmasına əhəmiyyətli töhfələr verəcək. Birlikdə metan idarəetmə texnologiyaları üzrə təcrübə və fikirləri bölüşəcək, birgə texnologiya sınaqları və kampaniyaları üçün imkanları müəyyən edəcək və metan emissiyalarının azaldılması ilə bağlı məlumatlılığın artırılmasına töhfə verəcəyik.”
Tədbirdə çıxış edən bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Azərbaycanda metan emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına yönəlmiş və bu sahədə səylərimizi birləşdirməyə imkan verəcək bu mühüm sənədi imzalamaqdan çox məmnunuq. Sənəd bizim bu istiqamətdə sıx əməkdaşlıq etmək niyyətimizi əks etdirir. İnanırıq ki, birlikdə sənayenin, cəmiyyətin və hökumətin metan emissiyalarının azaldılması səylərinə daha güclü dəstək verə bilərik. Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi ölkədə metan sahəsinə əhəmiyyətli dəyişikliklər gətirmək üçün SOCAR-la sıx işləməyə davam edəcəyik.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 13 d. əvvəl
-
-
56 d. əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
2 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
3 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb





















