“Bakı Fond Birjası”na yeni sədr təyin edildi
14 dekabr 2023-cü il tarixində “Bakı Fond Birjası“ QSC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.
Birjadan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, yığıncaqda Bakı Fond Birjası QSC-nin İdarə Heyətinin yeni tərkibi təsdiq edilib.
Yığıncağın qərarına əsasən İdarə Heyətinin yeni sədri Ruslan Xəlilov təyin olunmuşdur. O öz səlahiyyətlərinin icrasına 2024-cü ilin yanvar ayından başlayacaqdır.
“Bakı Fond Birjası“nın Baş Kommersiya İnzibatçısı Oqtay Qasımov və Baş Maliyyə İnzibatçısı Mehman Ramazanov isə İdarə Heyətinin üzvləri seçilmişlər.
İdarə Heyətinin hər üç üzvü, mərkəz ofisi ABŞ-da yerləşən CFA İnstitute (Chartered Financial Analyst) təşkilatının peşəkar sertifikatına və maliyyə, kapital bazarları və investisiya idarəçiliyi sahəsində böyük təcrübəyə malikdirlər.
Qeyd edək ki, Ruslan Xəlilov "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-də direktor müavini vəzifəsində çalışıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 13 d. əvvəl
-
-
56 d. əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
2 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
3 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb






















