“Bir şirkət, bir ölkə” layihəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
15 dekabr 2023-cü il tarixində Bakı Ali Neft Məktəbində “Bir şirkət, bir ölkə” layihəsinin açılışına həsr olunmuş beynəlxalq konfrans keçirilib.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) üzv olduğu “Metan rəhbər prinsipləri” (MGP) çərçivəsində Qlobal Metanın Azaldılmasının İnkişafı (AGMR) təşəbbüsünün tərkib hissəsi olan konfrans SOCAR və bp şirkətləri tərəfindən birgə təşkil edilmiş edilib. Tədbirdə Azərbaycanda neft-qaz sektorunda fəaliyyət göstərən operatorlar, xidmət təchizatçıları, habelə əməliyyat şirkəti və birgə müəssisələrin nümayəndələri iştirak ediblər.
İlk öncə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev və bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezident Bəxtiyar Aslanbəyli çıxış edərək, şirkətlərin birgə əməkdaşlığı ilə reallaşdırılan “Bir şirkət, bir ölkə” layihəsinin məqsəd və hədəfləri barədə iştirakçılara ətraflı məlumat veriblər.
Çıxışlarda layihənin əsas məqsədinin SOCAR və bp tərəfindən Azərbaycanda fəaliyyət göstərən neft-qaz operatorları üçün metan emissiyalarının ölçülməsi, hesabatlılığı, azaldılması fəaliyyətlərinin təşviq edilməsi, bu sahədə bilik və bacarıqların təkmilləşdirilməsi, habelə mövcud ən yaxşı texnologiyaların tətbiqini dəstəkləmək olduğu vurğulanıb. Hər iki şirkətin COP-28-də uğurlu iştirakı, iqlim dəyişmələri ilə mübarizə sahəsində hədəflərindən bəhs olunub, keçirilən konfransın bu istiqamətdə fəaliyyətin məntiqi davamı olduğu ifadə olunub.
Daha sonra SOCAR və bp şirkətləri arasında ətraf mühitin mühafizəsi sahəsində birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Tərəflər qlobal metan emissiyaların azaldılması sahəsində birgə fəaliyyətin daha da genişləndirilməsinin zəruriliyini qeyd ediblər.
Konfrans zamanı MGP təşəbbüsünün hasilatdan istehlaka qədər bütün dəyər zənciri boyunca metan emissiyasının azaldılması üzrə əsas istiqamət və tədbirləri müəyyən etdiyi vurğulanıb. MGP çərçivəsində üzv şirkətlər fəaliyyət göstərdikləri ölkələrdə digər xidmət təchizatçıları üçün metan atılmalarının azaldılması üzrə liderlik rolunu üzərinə götürür. Bu xüsusda Azərbaycan üçün SOCAR və bp şirkətləri bu istiqamətdə birgə fəaliyyət göstərəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
29 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
-
31 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 43 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur






















