Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Qlobal kömür tələbatında yeni rekord proqnozlaşdırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal kömür tələbatında yeni rekord proqnozlaşdırılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozuna görə, 2023-cü ildə kömürə qlobal tələbat 1,4% artacaq və 8,5 milyard tona çatacaq.

"Qlobal kömür tələbinin 2023-cü ildə 1,4% artacağı və 8 milyard 536 milyon tonluq yeni rekord həddə çatacağı gözlənilir" deyə IEA-nın "Kömür 2023" hesabatında deyilir.

Əlavə edir ki, qlobal kömür tələbi şərqə doğru irəliləməyə davam edəcək. Çin, Hindistan və ASEAN ölkələri birlikdə qlobal tələbatın dörddə üçünü istehlak edəcəklər.

Hesabata görə, mütləq mənada, 2023-cü ildə kömürə tələbatın ən çox Çində (220 milyon ton və ya 4,9%) artacağı təxmin edilir, ondan sonra Hindistan (98 milyon ton və ya 8%) və İndoneziyada (23 milyon ton, yaxud 11%). Ən böyük azalma Avropa İttifaqında (107 milyon ton və ya 23%) və ABŞ-da (95 milyon ton və ya 21%) gözlənilir ki, bu da əsasən elektrik enerjisi sektoru, eləcə də zəif sənaye fəaliyyəti ilə bağlıdır.

Hesabatda həmçinin 2024-2026-cı illərdə kömürə qlobal tələbatda azalma tendensiyası olacağı proqnozlaşdırılır.

Hindistan və ASEAN ölkələrində gözlənilən tələb artımı Avropa İttifaqı və ABŞ-da azalma ilə kompensasiya ediləcək, Çin isə qlobal kömür tələbatının tendensiyasının müəyyən edilməsində həlledici oyunçu olaraq qalacaq.

15.12.2023 11:41
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18