Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ Federal Ehtiyatlar Sistemindən (FED) sonra cümə axşamı Avropa Mərkəzi Bankı (ECB) və İngiltərə Mərkəzi Bankı (BoE) 2023-cü ilin son toplantısını keçirdi və hər iki bank da analoji olaraq uçot faiz dərəcələrini sabit saxladı.
Lakin Cerom Paveldən fərqli olaraq hər iki mərkəzi bankın sədri daha “şahin” açıqlamaları ilə diqqət çəkdi. Belə ki, hər iki tənzimləyici qurumdan yapışqan inflyasiya üzərində qələbəni qeyd etmək üçün hələ tez olduğu, yumşaq monetar siyasətə keçmək üçün daha çox faktın gərəkdiyi vurğulanıb.
BoE sədri Endryu Beyli - "Baza inflyasiyası narahatedici dərəcədə yüksək olaraq qalır. İndiyə qədər manşet inflyasiyada azalma müşahidə olunsa da, hələ də 2%-lik inflyasiya hədəfinə uyğun səviyyədə deyil" - deyə qeyd edib.
Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard da faiz dərəcələrinin endirilməsi üçün zamandan deyil, məlumatlardan asılı olacaqlarını söylədi.
Çıxışına hər zamanki kimi ilk olaraq pul-kredit siyasəti qərarlarını oxuyaraq başlayan Laqard, ECB İdarə heyətinin bugün 3 əsas faiz dərəcəsini sabit saxladığını və bu qərarın inflyasiyanın 2%-ə endirilməsini hədəflədiyini qeyd etdi.
İnflyasiya risklərinin geosiyasi gərginliyi də ehtiva etdiyini bildirən xanım Laqard, iqlim hadisələrinin də ərzaq qiymətlərini artıra biləcəyini vurğuladı.
Oktyabrın sonunda keçirilən son görüşdən sonra birja faiz dəyərlərinin kəskin şəkildə aşağı düşdüyünü bildirən Laqard, sərt monetar siyasətin real iqtisadiyyata hərtərəfli təsirini davam etdirdiyini bildirib.
ECB-nin iqtisadi göstəricilərə əsaslanaraq hərəkət etdiyini təkrar edərək, faiz dərəcələrinin azaldılmasının və ya azaldılmamasının əsas qiymət təzyiqindən, inflyasiya görünüşündən və sərt pul-kredit siyasətinin iqtisadiyyata təsirlərindən asılı olacağını vurğulayıb.
Nəticədə, hər üç Mərkəzi Bankın baş bankirin açıqlamalarından yola çıxaraq investorların FED-in faiz endirimlərinə daha tez başlayacağını dəyərələndirməsi fonunda DXY ardıcıl üçüncü günlük şamını da enişlə tamamladı.
Faiz endirimi ehtimallarının güclənməsi fonunda DXY günü günlük şamını 101.96 bənd səviyyəsində tamamladı. Hazırda da dollar major valyutalar qarşısında ucuzlaşmaqda davam edir. Belə ki, EURUSD, GBPUSD, XAUUSD (qızıl) müvafiq olaraq 1.1000, 1.2770, 2036$ hədlərinə kimi bahalaşıb, USDJPY, USDCHF məzənnələri isə 141.40 və 0.8637 hədlərinə qədər ucuzlaşıb.
Bugün isə Amerikada, Böyük Britaniyada, Avrozonada və Almaniyada açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 d. əvvəl
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
-
17 d. əvvəl
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
- 21 d. əvvəl
-
51 d. əvvəl
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
-
1 saat əvvəl
Azərbaycan kapital bazarlarında ilk: ABB Invest “agile” (çevik) idarəetməyə keçdi!
-
1 saat əvvəl
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
-
2 saat əvvəl
“Karabakh” şərabı IWSC beynəlxalq müsabiqəsində mükafata layiq görülüb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Ən çox oxunanlar
Azərbaycanın sığorta bazarı 4 %-ə yaxın böyüyüb
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
SİMA həlləri WUF13-də təqdim edildi
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı






.jpg)








.jpg)






