Kapital Bank-da yeni təyinatlar
“Kapital Bank” ASC-nin İdarə Heyətinin qərarı ilə bankda bir neçə yeni təyinat baş tutub.
Marja.az Banka istinadən xəbər verir ki, bank sektorunda böyük təcrübəyə malik olan Kamal Abdullayev Kapital Bank-ın İdarə Heyətinin üzvü və Baş komplayens inzibatçısı təyin edilib.
Kamal Abdullayev bakalavr təhsilini Qərb Universitetində Beynəlxalq hüquq üzrə alıb. Daha sonra təhsilini Milli Aviasiya Akademiyasında Mühəndis-iqtisadçı ixtisası üzrə davam etdirib. O, magistr təhsilini “IE Business School” da başa vurub.
Peşəkar fəaliyyətinə 2001-ci ildə başlayan Kamal Abdullayev “BP”, “PAŞA Bank” kimi şirkətlərdə böyük təcrübə qazanıb. O, 2013-cü ildə Kapital Bank komandasına Komplayens departamentinin direktoru olaraq qoşulub. Daha sonra Baş komplayens inzibatçısı, eləcə də Hüquq və komplayens idarəsinin baş direktoru vəzifələrini icra edib.
İdarə Heyətinin daha bir qərarı ilə “Kapital Bank” ASC-nin Bank əməliyyatları ofisinin lideri vəzifəsinə Məhəmməd İbrahimov təyin edilib. O, daha öncə bankın Pərakəndə satış departamentinin direktoru vəzifəsini icra edirdi.
“Kapital Bank” ASC-nin Birbank sahəsinin lideri Zakir Xan-Məmmədov isə yeni qərarla fəaliyyətini Ödəniş sistemləri ofisinin lideri kimi davam etdirəcək.
Eyni zamanda Almaz Musayeva bankın Komplayens departamentinin direktoru, Çingiz Səfərli İnformasiya təhlükəsizliyi departamentinin direktoru, Rüstəm Məlikov Mikro məhsulları sahəsinin lideri, Aleksandr Strijkov Müştəri dəyərləri sahəsinin lideri, Naina Şükürova Ödənişlər sahəsinin lideri, Xanım Rüstəmova KOS və Korporativ məhsullar sahəsinin lideri, Nigar Aslanova-Ələsgərli Təşkilati risklərin idarə edilməsi ekspert mərkəzinin lideri, Nihad Hüseynzadə Kredit riskləri ekspert mərkəzinin lideri vəzifəsinə təyin edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
- 16 d. əvvəl
- 46 d. əvvəl
- 50 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb






























