Pegasus yeni təyyarə sifarişlərini qiymətləndirir
Türkiyə aviaşirkəti Pegasus növbəti 10 ildə böyüməsini sürətləndirmək üçün yeni təyyarə sifarişlərini qiymətləndirir.
Marja xəbər verir ki, bnunu "Pegasus"un baş direktoru Güliz Öztürk Bloomberg-ə verdiyi açıqlamasında bildirib.
O, Türkiyədəki güclü tələbatın və Sabiha Gökçen Hava Limanında ikinci uçuş-enmə zolağının daha da böyüməyə təkan verdiyini söyləyib.
Öztürk, gələn il reyslərə ən azı altı yeni istiqamət əlavə edəcəklərini deyib.
Öztürk, yeni uçuş-enmə zolağının Pegasus-un tutumunu ikiqat artırma planını mümkün edən faktor olduğunu söyləyib.
Baş direktor yeni sifariş edilən təyyarənin 2029-cu ildən sonra təhvil verilməsinin planlaşdırılacağını bildirib. İyul ayında Pegasus, bu il çatdırılması üçün 36 Airbus A231neo təyyarə sifariş edib.
Öztürk bildirib ki, hazırkı planlarında Yaxın Şərq, Şimali Afrika və Baltikyanı ölkələrin yeni istiqamətlərinə üstünlük verirlər. Pegasus gələn il yeni istiqamətlər olaraq Xorvatiya, Portuqaliya, Moldova və Bolqarıstanın bəzi şəhərlərinə uçacaq. Şirkət həmçinin Avropadakı mövcud marşrutlara tezlik əlavə etməyi düşünür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 45 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib




























