Maserati Grecale Bakıda: Lüks avtomobillər dünyasında mükəmməllik və innovasiyanın təkamülü - FOTO
(®) Noyabrın əvvəlində Maserati şirkəti Ağ Şəhərdə yeni Grand Automotive Azerbaijan avtomobil butikini açaraq diqqəti lüks sinif avtomobillərin satışı və xidmətində cəmləşdirmişdir.
Artıq yeni açılan şourumda, adını eyni adlı Aralıq dənizi küləyinin şərəfinə almış Maserati Grecale krossoveri təqdim edilmişdir. Bu avtomobil, Maserati üçün səciyyəvi olan əsas xüsusiyyətlər - yüksək səmərəlilik, zəriflik və dəbdəbəni özündə birləşdirərək avtomobil sənayesində yeni bir dövrü təmsil edir.
Maserati Grecale sadəcə bir avtomobil deyil, eyni zamanda çılğınlıq və mükəmməllik nümunəsinə çevrilən sənət əsəridir. Avtomobilin interyeri bir neçə rəqəmsal displey - 12,3 düymlük TFT-displey və 12,3 və 8,8 düymlük iki mərkəzi displey daxil olmaqla innovativ dizaynla təqdim edilmişdir. Həmçinin sahibinin seçiminə uyğun olaraq üslubu dəyişdirə bilən rəqəmsal ağıllı saat da tətbiq olunmuşdur.
Grecale, Sonus Faber-in səs sistemi sayəsində özünəməxsus səsi ilə də fərqlənir, İtalyan səs sənətkarlığı isə hər səfərdə bənzərsiz bir səs təcrübəsi yaradır.
Avtomobil 300 və ya 330 at gücündə effektiv hibrid güc qurğusu və 530 at gücünə malik güclü Nettuno V6 mühərriki ilə təchiz olunmuşdur – bütün bunlar Maserati Grecale-ni zəriflik, yenilik və üstün səmərəliliyin mükəmməl birləşməsinə çevirir.
Maserati Grecale-nin qiyməti, avtomobilin komplektasiyasından asılı olaraq 70.900 avrodan başlayır – alıcılara Maserati Grecale-nin müxtəlif komplektasiyaları və Bakı şourumunda təqdim olunmuş digər Maserati modelləri, o cümlədən MC20, GranTurismo və s. üçün əvvəlcədən sifariş vermək imkanı təqdim olunur.
Bakı servis-mərkəzində peşəkar servis xidməti Maserati-nin yüksək keyfiyyət standartlarını vurğulayır - bütün əməkdaşlar müvafiq təlim və treninqlər keçiblər. Qeyd edək ki, dekabr ayının sonuna qədər pulsuz kompüter diaqnostikası və hərəkət hissəsinin yoxlanılması imkanı təqdim olunur.
Hazırda Bakıda açılmış "Grand Automotive Azerbaijan" mərkəzi müvəqqətidir, 2024–cü ilin 1-ci yarısına tamamilə yeni Maserati 3S-mərkəzinin açılışı olacaq, burada Maserati-nin daha geniş model çeşidi təqdim olunacaq - xəbərləri izləyin.
Ünvan: Ağ Şəhər, St. 1-ci Yaşıl Ada, Fəvvarələr meydanı.
Ətraflı məlumat almaq üçün *5888 nömrəsinə müraciət edin
Instagram – Maserati.Baku
Facebook - Maserati Baku
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
3 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)




.jpg)



.jpg)











